İdman24
Futbol · APA Sport

“Kəpəz”in futbolçusu zədələnib - 3 həftə oynamayacaq

Misli Premyer Liqasında “Sumqayıt”la görüşü yarımçıq dayandıran “Kəpəz”in yarımmüdafiəçisi Əli Səmədovun durumuna aydınlıq gəlib.

Apasport.az xəbər verir ki, 29 yaşlı futbolçunun sağ bud əzələsində 2 sm-lik yırtıq aşkarlanıb.

Səmədovun qarşıdakı 2-3 həftə ərzində yaşıl meydanlardan kənarda qalacağı gözlənilir. Bu səbəbdən o, növbəti turda “Araz-Naxçıvan”la keçiriləcək oyunu buraxa bilər.

Qeyd edək ki, Əli Səmədov cari mövsümdə “Kəpəz”in heyətində 5 rəsmi matçda meydana çıxıb.

Orijinal mənbə

İdman24 əsas səhifə