Digər · APA Sport
Mbappe dubl etdi - Matçın ən yaxşısı seçildi

Fransa millisinin hücumçusu Kilian Mbappe DÇ-2026-nın 1/16 finalında İsveçə qarşı keçirilən oyunun ən yaxşı futbolçusu seçilib.
Apasport.az xəbər verir ki, 27 yaşlı forvard qarşılaşmada 2 qol vurub və görüşü 9,4 reytinq balı ilə başa vurub.
Mbappe dublu ilə Fransa millisinin 3:0 hesablı qələbəsində əsas rol oynayıb.
Qeyd edək ki, Fransa 1/8 finalda Paraqvayla qarşılaşacaq.