"AccessBank"ın tərəfdaşlığı ilə "VətəndəSƏN" II Qarabağ Təhsil Forumu keçirilib

İlham Əliyev Zəfərə gedən yol Cüdo üzrə dünya çempionatı 2026 Bakı 17° C USD - 1.700 EUR - 1.901 TRY - 0.035 GEL - 0.655 RUB - 0.020 UAH - 0.038 AZ RU EN İlham Əliyev Zəfərə gedən yol Cüdo üzrə dünya çempionatı 2026 AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Digər Mədəniyyət Dünya Analitika Multimedia "AccessBank"ın tərəfdaşlığı ilə "VətəndəSƏN" II Qarabağ Təhsil Forumu keçirilib Maliyyə 05 oktyabr, 2026 14:45 Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin Yeniliklərdən dərhal xəbərdar olun!
Xankəndi şəhərində 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə "VətəndəSƏN" II Qarabağ Təhsil Forumu keçirilib. Forum AccessBank-ın tərəfdaşlığı, "Karabakh Training Center" və "World" Təhsil və İnkişaf platformasının təşkilatçılığı ilə həyata keçirilib.
"ÖyrədənSƏN" devizi ilə baş tutan forumun əsas məqsədi işğaldan azad olunmuş ərazilərdə təhsilin inkişafına dəstək olmaq, müasir və innovativ yanaşmaları təşviq etmək və regionda təhsil mühitinin formalaşmasına töhfə verməkdir.
Tədbirdə ölkənin müxtəlif bölgələrindən əməkdar müəllimlər, təhsil ekspertləri, dövlət qurumlarının nümayəndələri və təhsil ictimaiyyətinin digər üzvləri iştirak ediblər.
Tədbirin rəsmi hissəsində Xankəndi şəhəri, Xocalı və Ağdərə rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Xasay Cahangirov, Qarabağ Ərazi Vergilər Baş İdarəsinin rəisi Ələkbər Məmmədov, Qarabağ Universitetinin nümayəndəsi və digər qonaqlar çıxış ediblər. Çıxışlarda işğaldan azad olunmuş ərazilərdə insan kapitalının inkişafı, müəllim əməyinin rolu və qiymətləndirilməsi, regionun sosial-iqtisadi inkişafını dəstəkləyən güzəşt və azadolmalar, eləcə də təhsil sahəsində innovativ layihələrin həyata keçirilməsi məsələlərinə toxunulub.
Forum təhsil sahəsində çalışan peşəkarların təcrübə mübadiləsi aparması, yeni yanaşmaları müzakirə etməsi və Qarabağda təhsilin gələcək inkişafı ilə bağlı fikir mübadiləsi aparması üçün platforma yaradıb.
Təhsilin inkişafını və insan kapitalına sərmayəni uzunmüddətli inkişafın əsas istiqamətlərindən biri kimi qiymətləndirən "AccessBank" müxtəlif layihə və təşəbbüslər vasitəsilə bu sahəyə dəstəyini davam etdirir. Bankın "VətəndəSƏN" II Qarabağ Təhsil Forumuna tərəfdaşlığı da Qarabağda təhsil mühitinin inkişafına, müəllimlərin təcrübə mübadiləsinə və regionun insan kapitalının gücləndirilməsinə töhfə vermək məqsədi daşıyır.
"AccessBank" Azərbaycanın mikromaliyyələşdirmə bazarında lider olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 14-ü Bakıda, 25-i bölgələrdə olmaqla, 39 filialı fəaliyyət göstərir və müştərilər üçün əlçatan maliyyələşdirmə imkanlarını təqdim etməyə davam edir. Filiallar haqqında əlavə məlumat üçün bura daxil ola bilərsiniz.
Bankın xidmətləri haqqında daha ətraflı məlumat əldə etmək üçün 151 Əlaqə Mərkəzinə zəng etmək, həmçinin www.accessbank.az saytına və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə www.accessbank.az müraciət edə bilərsiniz.
"AccessBank" QSC Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən 25 oktyabr 2002-ci il tarixli 245 saylı lisenziya əsasında fəaliyyət göstərir. Bankın Baş ofisi Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 3 ünvanında yerləşir.
Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin Sosial şəbəkələrdə paylaşın Скопировано USD - 1.700 EUR - 1.901 TRY - 0.035 GEL - 0.655 RUB - 0.020 UAH - 0.038 Bakı 17° C Son xəbərlər 15:40 Yaponiyalı bacı-qardaş növbəti dəfə Bakıdakı dünya çempionatında finala yüksəliblər Fərdi 15:40 Amin Məmmədov: Ermənistanın dağ-mədən sənayesi bölgənin ekologiyasına təhdidlər yaradır Ekologiya 15:31 Siyəzəndə narkotiklərlə bağlı 14 nəfər tutulub Hadisə 15:28 Brisben-2032 Yay Olimpiya və Paralimpiya Oyunlarının rəsmi loqoları ictimaiyyətə təqdim edilib İdman 15:27 Bakıda Azərbaycan-Böyük Britaniya Birgə Hökumətlərarası Komissiyanın iclası keçiriləcək Biznes 15:26 Bu il magistraturaya qəbul üzrə 195 tələbə ödənişsiz təhsil almaq hüququ əldə edib Elm və təhsil 15:22 SEPAH Hörmüz boğazında tankeri vuracağı ilə hədələyib Digər ölkələr 15:09 Foto Ədliyyə Akademiyasında vəkilliyə namizədlərin icbari təlimi başlayıb Digər 15:04 "International Leasing"in səhmlərinə 3 investor maraq göstərib Maliyyə Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.