Futbol · APA Sport
“Fənərbaxça”ya FIFA-dan 3 transfer dövrü qadağası

“Fənərbaxça” FIFA-nın transfer qadağası tətbiq etdiyi klubların siyahısına daxil edilib.
Apasport.az xəbər verir ki, İstanbul təmsilçisinə 3 transfer dövrünü əhatə edən məhdudiyyət tətbiq olunub.
FIFA-nın sistemində yer alan məlumata əsasən, sanksiya maliyyə öhdəliyi ilə bağlıdır. Klub müvafiq ödənişi həyata keçirdiyi halda transfer qadağasının aradan qaldırılması nəzərdə tutulur.
Hazırda “Fənərbaxça”nın hansı iş üzrə cəzalandırıldığı və ödənilməli olan məbləğ barədə ətraflı məlumat açıqlanmayıb.
Qeyd edək ki, “Fənərbaxça” məsələ ilə bağlı hələlik rəsmi açıqlama yaymayıb.