İdman24
Futbol · Report İdman

Qarabağda antiterror əməliyyatı dövlətçilik tarixinin mühüm hadisələrindən biri kimi yaddaşlara həkk olunub - RƏY

İlham Əliyev Milli Musiqi Günü Azərbaycanla Ermənistan arasında sülh prosesi ABŞ-nin İrana zərbələri Bakı 24° C USD - 1.700 EUR - 1.953 TRY - 0.035 GEL - 0.652 RUB - 0.020 UAH - 0.038 AZ RU EN İlham Əliyev Milli Musiqi Günü Azərbaycanla Ermənistan arasında sülh prosesi ABŞ-nin İrana zərbələri AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Digər Mədəniyyət Dünya Analitika Multimedia Qarabağda antiterror əməliyyatı dövlətçilik tarixinin mühüm hadisələrindən biri kimi yaddaşlara həkk olunub - RƏY Daxili siyasət 19 sentyabr, 2026 13:49 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağ bölgəsində həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri xalqımızın çoxəsrlik dövlətçilik tarixinin ən mühüm hadisələrindən biri kimi yaddaşlara həkk olunub.

Bunu "Report" a açıqlamasında Milli Məclisin deputatı Fatma Yıldırım deyib.

O bildirib ki, 44 günlük Vətən müharibəsində əldə edilən tarixi Zəfər nəticəsində Azərbaycanın ərazi bütövlüyü bərpa olunsa da, Qarabağda Ermənistan silahlı qüvvələrinin qanunsuz birləşmələrinin mövcudluğu və bölgədə qanunsuz fəaliyyət göstərən qurumun fəaliyyətini davam etdirməsi dövlətin suverenliyinə ciddi təhdid olaraq qalıb:

"2023-cü ilin sentyabrında baş verən təxribatlar isə vəziyyəti daha da gərginləşdirdi. Məhz belə bir şəraitdə Azərbaycan öz suveren ərazisində konstitusiya quruluşunun bərpası, qanunsuz silahlı birləşmələrin tərksilah edilməsi və ölkəmizin təhlükəsizliyinin təmin olunması məqsədilə antiterror tədbirlərinə başladı. Qısa müddət ərzində Azərbaycan Ordusunun yüksək peşəkarlığı, döyüş hazırlığı və hərbi qüdrəti nəticəsində qarşı tərəf silahı yerə qoymağa və təslim olmağa məcbur oldu".

Deputat qeyd edib ki, 2023-cü il sentyabrın 20-də əldə olunan razılaşma antiterror tədbirlərinin nəticəsini rəsmiləşdirən mühüm tarixi sənəd kimi xüsusi əhəmiyyət daşıyır:

"Razılaşmanın əsas şərtləri Azərbaycanın dövlət suverenliyinin təmin olunması baxımından prinsipial əhəmiyyət daşıyırdı. Razılaşmaya əsasən, Azərbaycanın Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri və qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoymalı, döyüş mövqelərindən və hərbi postlardan çıxmalı, tam şəkildə tərksilah edilməli idi. Eyni zamanda Ermənistan silahlı qüvvələrinin birləşmələrinin Azərbaycan ərazilərini tərk etməsi, qeyri-qanuni silahlı dəstələrin isə buraxılması nəzərdə tutulurdu. Bununla yanaşı, bütün silah-sursatın və ağır texnikanın təhvil verilməsi razılaşmanın əsas şərtlərindən biri idi.

Antiterror tədbirlərinin nəticəsi olaraq Qarabağda fəaliyyət göstərən qanunsuz qurum da özünü buraxmaq məcburiyyətində qaldı. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev sonrakı çıxışlarında 20 sentyabr 2023-cü il tarixini dövlət suverenliyimizin tam bərpa edildiyi gün kimi xüsusi qeyd edib".

Fatma Yıldırım deyib ki, 2023-cü il sentyabrın 20-də əldə olunan razılaşma və onun ardınca həyata keçirilən proses Qarabağda uzun illər mövcud olmuş qanunsuz hərbi-siyasi qurumun fəaliyyətinə son qoyulmasının hüquqi-siyasi və praktiki nəticəsini ortaya qoyub:

"Azərbaycan Respublikasının Konstitusiyasının qüvvəsi və dövlət hakimiyyəti ölkəmizin bütün ərazisində bərpa edildi.

Bu tarixi hadisə bir daha göstərdi ki, Azərbaycan dövləti öz ərazi bütövlüyünü və suverenliyini təmin etmək əzmindədir. Müzəffər Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin qətiyyətli siyasəti, Azərbaycan Ordusunun gücü və xalqımızın milli həmrəyliyi nəticəsində 30 ilə yaxın davam edən işğalın ağır nəticələri aradan qaldırıldı və ölkəmizin bütün ərazisində dövlət hakimiyyəti bərpa edildi".

Milli Məclisinin deputatı bildirib ki, bu qələbə şəhidlərimizin qanı bahasına əldə olunub:

"Vətən müharibəsində və antiterror tədbirləri zamanı canlarını Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda fəda edən qəhrəman şəhidlərimizin əziz xatirəsini daim ehtiramla yad edirik. Onların fədakarlığı Azərbaycan tarixinin şanlı səhifələrində əbədi yaşayacaq.

Bu gün Qarabağda üçrəngli Azərbaycan Bayrağının dalğalanması, şəhər və kəndlərimizdə genişmiqyaslı bərpa-quruculuq işlərinin aparılması, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı böyük Zəfərin real nəticələridir.

Azərbaycan artıq öz tarixinin yeni mərhələsini yaşayır. Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən nəhəng layihələr, quruculuq işləri və Böyük Qayıdış proqramı dövlətimizin gücünü və iradəsini nümayiş etdirir".

Fatma Yıldırım sözlərinə görə, sentyabrın 19-20-də əldə olunan tarixi nəticə və xüsusilə 20 sentyabrda imzalanan razılaşmanın şərtləri bir daha göstərdi ki, Azərbaycan Ordusunun qarşısında qoyulan məqsədlər tam təmin olunub:

"Silahların yerə qoyulması, hərbi mövqelərin tərk edilməsi, tərksilah və silah-sursatın təhvil verilməsi ilə Qarabağda Azərbaycanın dövlət suverenliyinin tam bərpası üçün real zəmin yarandı.

Bu Qələbə Azərbaycan xalqının Zəfər salnaməsinin mühüm səhifələrindən biridir. Ərazi bütövlüyümüzün və dövlət suverenliyimizin tam bərpası möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü və qətiyyətli siyasətin tarixi nəticəsidir.

Bu gün bizim əsas vəzifəmiz əldə etdiyimiz Zəfəri qorumaq, Qarabağımızı daha da inkişaf etdirmək, doğma torpaqlarımızı sürətlə dirçəltmək və gələcək nəsillərə daha güclü Azərbaycan miras qoymaqdır".

Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin Müəllif Səlcuq Elçin Sosial şəbəkələrdə paylaşın Скопировано USD - 1.700 EUR - 1.953 TRY - 0.035 GEL - 0.652 RUB - 0.020 UAH - 0.038 Bakı 24° C Son xəbərlər 14:09 "Formula-1 Azərbaycan Qran-Prisi" ilə əlaqədar bir sıra marşrutların hərəkət sxemi dəyişdirilir İnfrastruktur 14:04 Prezident futbolçu İsgəndər Cavadovu fəxri diplomla təltif edib Daxili siyasət 14:02 İlham Əliyev neft sənayesi işçilərini təltif edib Energetika 13:49 Qarabağda antiterror əməliyyatı dövlətçilik tarixinin mühüm hadisələrindən biri kimi yaddaşlara həkk olunub - RƏY Daxili siyasət 13:44 Azərbaycanın U-21 millisinin heyəti açıqlanıb, siyahıda Nərima

Orijinal mənbə

İdman24 əsas səhifə