"Sabah"ın baş məşqçisi Adino Mustedanaqiç: "Futbolçuların "Borussiya"ya qarşı oyunundan razı qaldım"

İlham Əliyev Zəfərə gedən yol FIFA U-15 Dünya Çempionatı və Festivalı UEFA Konfrans Liqası Bakı 21° C USD - 1.700 EUR - 1.910 TRY - 0.034 GEL - 0.655 RUB - 0.021 UAH - 0.038 AZ RU EN İlham Əliyev Zəfərə gedən yol FIFA U-15 Dünya Çempionatı və Festivalı UEFA Konfrans Liqası AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Müsahibə Analitika Digər Mədəniyyət Dünya Müsahibə Analitika "Sabah"ın baş məşqçisi Adino Mustedanaqiç: "Futbolçuların "Borussiya"ya qarşı oyunundan razı qaldım" Futbol 22 oktyabr, 2026 10:56 Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin Yeniliklərdən dərhal xəbərdar olun!
"Sabah"ın U-19 komandasının baş məşqçisi Adino Mustedanaqiç UEFA Gənclər Liqasında Almaniyanın "Borussiya" (Dortmund) komandasına qarşı dueldə futbolçuların göstərdiyi oyundan razı qalıb.
Xorvatiyalı mütəxəssis bu barədə "Report" a açıqlama verib.
O, əsas mərhələnin III turunda 0:2 hesabı ilə uduzduqları matçla bağlı fikirlərini bölüşüb:
"Məğlub olanda hər zaman özünü pis hiss edirsən. Daha çox şey edə biləcəyini düşünərək kədərlənirsən. Bununla belə, futbolçularımın göstərdiyi oyundan razıyam. 90 dəqiqə ərzində gərgin və rəqabətli bir oyun keçdi. "Borussiya" 73-cü dəqiqədə fərqlənməyi bacardı".
A.Mustedanaqiç Dortmund təmsilçisinin böyük klub olduğunu vurğulayıb:
"Borussiya" yaxşı akademiyaya sahib olan çox böyük klubdur. Həqiqətən yaxşı futbol oynayırlar. Onların əvvəlki oyunlarını izləmişdik. Norveçin "Budyo-Qlimt" komandasına 5:0 hesabı ilə qalib gəlmişdilər, ondan öncə isə "Vilyarreal"a qarşı oynamışdılar. Həmin matçda uduzsalar (2:3) da, fikrimcə, daha yaxşı çıxış edən tərəf idilər. Oyunçularımız matç üçün hazırladığımız planı tam yerinə yetirdilər və onların göstərdiyi oyundan məmnunam".
Xatırladaq ki, "Sabah"ın U-19 kollektivi I turda İngiltərədə "Mançester Yunayted"ə 5, II turda Bakıda Çexiyanın "Slaviya" komandasına 3 cavabsız qolla uduzub.
Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin Müəllif Təbriz Quliyev Sosial şəbəkələrdə paylaşın Скопировано --> --> --> --> --> USD - 1.700 EUR - 1.910 TRY - 0.034 GEL - 0.655 RUB - 0.021 UAH - 0.038 Bakı 21° C Son xəbərlər 12:09 Famil Xəlilov: "U-15 dünya çempionatı və festivalında sürpriz nəticələr ola bilər" – Müsahibə Futbol 12:08 "Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi" layihəsinin TİƏ-sinin nəticələri təqdim edilib Energetika 12:07 Tone Kayzer: Balkan ölkələrinin gələcəyi Avropa İttifaqındadır Digər ölkələr 12:05 Mher Qriqoryan: Bu gündən TRIPP-in layihələndirilməsi işlərinə başlanılacaq Region 12:02 Marta Kos: Monteneqro Avropa İttifaqına üzvlük prosesində liderdir Xarici siyasət 11:54 AMB islam maliyyəsi üzrə qanunvericilikdə dəyişiklik edilməsini təklif edib Maliyyə 11:53 Putin Rusiya hökumətdə kadr dəyişiklikləri edib Region 11:53 Foto Azərbaycanın güləş milliləri fizioterapistlərlə təmin olunacaq Fərdi 11:53 Paşinyan Ermənistanın Aİİ ilə mövcud münasibətlərini çağırış adlandırıb Region Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Müsahibə Analitika Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.