Digər · APA Sport
Kabo-Verde millisi Azərbaycana gələcək

15 yaşadək futbolçulardan ibarət Kabo-Verde millisi Azərbaycana gələcək.
Apasport.az xəbər verir ki, bu barədə Kabo-Verde Futbol Federasiyasının prezidenti Mario Semedo yerli mətbuata açıqlamasında bildirib. Onun sözlərinə görə, FIFA quruma Azərbaycanda ilk dəfə keçiriləcək U-15 dünya çempionatında iştirak üçün dəvət göndərib. Beləliklə, Kabo-Verdenin U-15 millisi ölkəmizdə təşkil olunacaq turnirin ilk iştirakçılarından biri olacaq. Qeyd edək ki, U-15 dünya çempionatı bu il oktyabrın 22-dən 31-dək Azərbaycanda keçiriləcək. Yarışda FIFA-ya üzv milli assosiasiyaların 15 yaşadək yığma komandaları iştirak edə biləcəklər.