Futbol · APA Sport
PSJ-dən Çempionlar Liqasında Fransa rekordu

PSJ UEFA Çempionlar Liqasında Fransa klubları arasında ən uzun məğlubiyyətsizlik seriyasına imza atıb.
Apasport.az xəbər verir ki, Paris təmsilçisi Liqa mərhələsinin V turunda “Roma” ilə heç-heçə (2:2) edərək məğlubiyyətsizlik seriyasını 15 oyuna çatdırıb.
Bununla da paytaxt klubu “Lion”a məxsus rekordu yeniləyib.
Qeyd edək ki, “Lion” 2004-cü ilin dekabrından 2006-cı ilin martınadək Çempionlar Liqasında ardıcıl 14 qarşılaşmada məğlub olmamışdı.