Azərbaycan Kubokunun 1/8 final mərhələsi rəqəmlərin gözü ilə

Azərbaycan Kubokunda 1/8 final mərhələsinin oyunları keçiriləcək.
Apasport.az xəbər verir ki, Premyer Liqanın 12, I Liqanın 3, II Liqanın 1 təmsilçisinin mübarizə apardığı raundun görüşləri iki günü əhatə edəcək.
Peşəkar Futbol Liqası üz-üzə gələcək cütlərin ölkə kuboku tarixindəki əvvəlki oyunlarının balansını təqdim edir.
“Karvan-Yevlax” – “Zirə” – indiyədək qarşılaşmayıblar
“Sabah” – “İmişli” – 1 oyun, +1=0-0, top fərqi 2-1
Ötən mövsümə təsadüf edən yeganə görüşdə hər iki komanda qol vurub. “Sabah” qələbə ilə mərhələ adlayıb.
“Turan Tovuz” – “Kəpəz” – 4 oyun, +3=1-0, top fərqi 7-3
“Turan Tovuz” bütün oyunlarda qol vurub. “Kəpəz” qələbə qazanmayıb.
2 dekabr (çərşənbə) “Araz-Naxçıvan” – “Marafon” – indiyədək qarşılaşmayıblar “Qəbələ” – “Şahdağ Qusar” – indiyədək qarşılaşmayıblar “Neftçi” – “Şəfa” – indiyədək qarşılaşmayıblar “Gəncəbasar” – “Şamaxı” – indiyədək qarşılaşmayıblar “Sumqayıt” – “Qarabağ” – 9 oyun, +1=2-6, top fərqi 6-22 Son iki oyun heç-heçə başa çatıb. “Qarabağ” son üç qarşılaşmada qol vurmayıb.