Formula 1 · F-1.az
Yos Ferstappen Maksı ralli ilə məşğul olmağa çağırıb

Dördqat dünya çempionunun atası və Formula 1-in keçmiş sürücüsü olan Yos Ferstappen 54 yaşında da avtoidmanla məşğul olmağı davam etdirib, amma indi onu ən çox rallı maraqlandırır. Ferstappen-ata milli çempionat yarışlarında mütəmadi olaraq iştirak edib və ötən il Belçika çempionu olub.