İdman24
Digər · Report İdman

Elnur Cahangirov: "Həndbol çempionatımızın olmaması avrokuboklardakı nəticələrə təsir göstərir"

İlham Əliyev Zəfərə gedən yol FIFA U-15 Dünya Çempionatı və Festivalı Bakı 18° C USD - 1.700 EUR - 1.910 TRY - 0.034 GEL - 0.655 RUB - 0.021 UAH - 0.038 AZ RU EN İlham Əliyev Zəfərə gedən yol FIFA U-15 Dünya Çempionatı və Festivalı AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Müsahibə Analitika Digər Mədəniyyət Dünya Müsahibə Analitika Elnur Cahangirov: "Həndbol çempionatımızın olmaması avrokuboklardakı nəticələrə təsir göstərir" Komanda 24 oktyabr, 2026 18:52 Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin Yeniliklərdən dərhal xəbərdar olun!

Azərbaycanda həndbol çempionatının olmaması avrokuboklardakı nəticələrə təsir göstərir.

"Report" un Mingəçevirə ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu həndbol üzrə kişilərdən ibarət "Kür" komandasının baş məşqçisi Elnur Cahangirov jurnalistlərə açıqlamasında bildirib.

O, komandasının "MRK Sloga Doboj"a (Bosniya və Herseqovina) məğlub olduğu (30:32) EHF Avropa Kubokunun II təsnifat mərhələsinin cavab oyunundan sonra fikirlərini bölüşüb:

"Hazırda bizim daxili çempionatımız yoxdur. Medianın bu barədə məlumatı var ki, hazırda Azərbaycan Həndbol Federasiyasında vəziyyət bir o qədər ürəkaçan deyil. Çempionatımızın olmaması bu cür qarşılaşmalarda özünü göstərir. Çünki həndbol elə bir idman növüdür ki, daim rəqabət olmalı və biz başqa komandalarla oyunlar keçirməliyik. Bizi tənqid edə bilərlər ki, dünən 12, bu gün isə 2 top fərqi ilə uduzduq. Səbəb isə odur ki, bu bizim ilk oyunıarımız idi və komanda bir-birini yaxşı tanımırdı. Bu vəziyyət nəticəyə təsir göstərdi".

Xatırladaq ki, Azərbaycan klubu ilk qarşılaşmada da rəqibinə uduzub - 26:38.

Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin Müəllif Hidayət Qurbanov Sosial şəbəkələrdə paylaşın Скопировано --> --> --> --> --> USD - 1.700 EUR - 1.910 TRY - 0.034 GEL - 0.655 RUB - 0.021 UAH - 0.038 Bakı 18° C Son xəbərlər 20:09 İlham Əliyev Azərbaycan-Timor-Leste yığmalarının oyununu izləyir - Yenilənib Futbol 19:48 Foto FIFA U-15 dünya çempionatı və festivalının açılış mərasimi keçirilib - Yenilənib Futbol 19:40 İordaniyada kilsədə törədilən terror aktı qurbanlarının sayı artıb - Yenilənib Digər ölkələr 19:34 Foto İnfantino: Bakıda keçirilən FIFA U-15 dünya çempionatı və festivalı dünyanı birləşdirir Futbol 19:31 Zelenski Ukraynada "Starlink"in işinin bərpa olunduğunu bildirib Digər ölkələr 19:29 Foto Samir Şərifov: Azərbaycan FIFA U-15 dünya çempionatı və festivalına ev sahibliyi etməkdən qürur duyur Futbol 19:22 Foto Ceyhun Cəlilov Ordubadda vətəndaş qəbulu keçirib Daxili siyasət 19:04 İranda casusluq ittihamı ilə iki nəfər həbs olunub Region 18:52 Elnur Cahangirov: "Həndbol çempionatımızın olmaması avrokuboklardakı nəticələrə təsir göstərir" Komanda Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Müsahibə Analitika Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Orijinal mənbə

İdman24 əsas səhifə