İdman24
Şahmat · Report İdman

"Shirvan Open 2026" Beynəlxalq Şahmat Festivalının açılış mərasimi keçirilib

İlham Əliyev Zəfərə gedən yol UEFA Çempionlar Liqası Bakı 22° C USD - 1.700 EUR - 1.910 TRY - 0.034 GEL - 0.655 RUB - 0.021 UAH - 0.038 AZ RU EN İlham Əliyev Zəfərə gedən yol UEFA Çempionlar Liqası AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Müsahibə Analitika Digər Mədəniyyət Dünya Müsahibə Analitika "Shirvan Open 2026" Beynəlxalq Şahmat Festivalının açılış mərasimi keçirilib Fərdi 21 oktyabr, 2026 12:52 Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin Yeniliklərdən dərhal xəbərdar olun!

Şirvan Olimpiya İdman Kompleksində "Shirvan Open 2026" Beynəlxalq Şahmat Festivalının açılış mərasimi keçirilib.

Bu barədə "Report" a Azərbaycan Şahmat Federasiyasından məlumat verilib.

"Azərbaycan Şahmat Turu"nun təqviminə uyğun olaraq təşkil edilən festivalda 6 ölkəni təmsil edən 147 şahmatçı iştirak edir. Açılış mərasimindən əvvəl Şirvan şəhərinin mərkəzi meydanında ucalan Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət olunub.

Festivalın açılış mərasimində iştirak edən Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, Azərbaycan Şahmat Federasiyasının 1-ci vitse-prezidenti Faiq Həsənov və festivalın direktoru Radin Tağıyev qonaqları və yarış iştirakçılarını salamlayaraq şahmatçılara uğurlar arzulayıb. Çıxışlarda bu cür beynəlxalq yarışların şahmatın inkişafı, xüsusilə regionda şahmatın daha geniş təbliği, eləcə də müxtəlif ölkələrdən olan şahmatçılar arasında təcrübə mübadiləsinin genişləndirilməsi baxımından əhəmiyyəti vurğulanıb.

Daha sonra yarışın baş hakimi Şaiq Quliyev turnirin reqlamenti barədə məlumat verib və I tura start verilib. Festival oktyabrın 26-da yekunlaşacaq.

Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin Müəllif Təbriz Quliyev Sosial şəbəkələrdə paylaşın Скопировано --> --> --> --> --> USD - 1.700 EUR - 1.910 TRY - 0.034 GEL - 0.655 RUB - 0.021 UAH - 0.038 Bakı 22° C Son xəbərlər 13:48 Şimali Makedoniya Prezidenti İlham Əliyevlə enerji məsələlərini müzakirə edib Xarici siyasət 13:48 Putin: Rusiya ABŞ ilə iqtisadi əməkdaşlığın bərpasında maraqlıdır Digər ölkələr 13:45 Azərbaycanda genişzolaqlı internetin orta sürəti 11 %-ə yaxın artıb İKT 13:43 "Barselona" UEFA Çempionlar Liqasında antirekordunu yeniləyib Futbol 13:32 EBRD regional əlaqəliliyin gücləndirilməsinin əsas şərtini açıqlayıb İnfrastruktur 13:26 Türkmənbaşı ilə Ələt arasında fider xəttinin yaradılması təklif edilib İnfrastruktur 13:24 PSJ-nin futbolçusu Kvaratsxeliyanın dizində ön çarpaz bağları qopub Futbol 13:24 TRASEKA dəhliz iştirakçısı olan ölkələri birləşdirmək üçün rəqəmsal platforma hazırlayır İnfrastruktur 13:19 Uitkoff Putinlə görüşündə Ukraynada atəşkəs üçün ilkin şərtlərin olduğunu bildirib Digər ölkələr Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Müsahibə Analitika Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Orijinal mənbə

İdman24 əsas səhifə