İdman24
Digər · APA Sport

Bellinqem matçın oyunçusu seçildi, "layiq deyiləm" dedi

İngiltərə millisinin yarımmüdafiəçisi Cud Bellinqem maraqlı açıqlama ilə diqqət çəkib.

Apasport.az xəbər verir ki, Qana ilə keçirilən və qolsuz başa çatan DÇ-2026 matçının ən yaxşı oyunçusu seçilən futbolçu mükafata layiq olmadığını bildirib.

Bellinqem görüşdən sonra bunları deyib:

"Düzünü desəm, mən buna layiq deyildim. Qana millisinin futbolçularından biri seçilməli idi. Çünki onlar müdafiədə çox yaxşı oynadılar".

Qeyd edək ki, İngiltərə və Qana milliləri arasında keçirilən L qrupunun III tur matçı 0:0 hesabı ilə başa çatıb. İngilislər buna baxmayaraq qrup liderliyini qoruyublar.

Orijinal mənbə

İdman24 əsas səhifə