Döyüş İdmanı · APA Sport
UFC Bakı tədbirində oktaqona çıxacaq idmançıların rəsmi çəkiölçmə mərasimi keçirilir - YENİLƏNİR

"UFC Fight Night: Fiziev vs. Torres" tədbirində oktaqona çıxacaq idmançıların rəsmi çəkiölçmə mərasimi start götürüb.
Apasport.az xəbər verir ki, mərasimdə 26 idmançının çəkisi ölçülüb.
Milli Gimnastika Arenasında baş tutacaq döyüş gecəsində altısı əsas, 7 isə ilkin kartda olmaqla, ümumilikdə, 13 döyüş olacaq.
Bakıda UFC gecəsinin əsas döyüşü Azərbaycan təmsilçisi Rafael Fizievlə meksikalı Manuel Torres arasında baş tutacaq.
İkinci əsas döyüş isə yüngül çəkidə azərbaycanlı döyüşçü Nazim Sadıxov ilə braziliyalı Mateus Kamilo arasında keçiriləcək.
Okktaqona çıxacaq digər azərbaycanlı döyüşçülər - Tahir Abdullayev Cefferson Naskimentoya, Fərman Həsənov isə Erik Nolana qarşı döyüşəcək.