İdman24
Digər · APA Sport

Meksika - Ekvador oyunu təxirə salındı - Başlanğıc vaxtı dəyişdirildi

DÇ-2026-nın 1/16 final mərhələsində keçiriləcək Meksika - Ekvador oyunu planlaşdırılan vaxtda başlamayacaq.

Apasport.az xəbər verir ki, buna əlverişsiz hava şəraiti səbəb olub.

Qarşılaşmanın start fiti təhlükəsizlik məqsədilə ən azı 30 dəqiqə gecikdirilib. Oyunun yeni başlanğıc vaxtı ilə bağlı qərar hava şəraitindən asılı olaraq veriləcək.

Qeyd edək ki, görüş Bakı vaxtı ilə saat 05:00-da başlamalı idi. Qalib komanda DÇ-2026-nın 1/8 finalında İngiltərə - Konqo Demokratik Respublikası cütünün qalibi ilə qarşılaşacaq.

Orijinal mənbə

İdman24 əsas səhifə