Bakıda karate üzrə "Zəfər Kuboku" keçirilib

İlham Əliyev Azərbaycan-Gürcüstan münasibətləri Zəfərə gedən yol Bakı 18° C USD - 1.700 EUR - 1.900 TRY - 0.034 GEL - 0.656 RUB - 0.021 UAH - 0.038 AZ RU EN İlham Əliyev Azərbaycan-Gürcüstan münasibətləri Zəfərə gedən yol AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Müsahibə Analitika Digər Mədəniyyət Dünya Müsahibə Analitika Bakıda karate üzrə "Zəfər Kuboku" keçirilib Fərdi 02 noyabr, 2026 13:22 Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin Yeniliklərdən dərhal xəbərdar olun!
Bakıda 8 Noyabr - Zəfər Gününə həsr olunmuş "Zəfər Kuboku" keçirilib.
Bu barədə "Report" a Azərbaycan Karate Federasiyasının mətbuat xidmətindən bildirilib.
Turnirin təntənəli açılış mərasimində Dövlət Himni səsləndirilib. Ardınca müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü, suverenliyi uğrunda canlarından keçmiş qəhrəman şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
Mərasimdə Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı tarixi Qələbənin əhəmiyyəti xüsusi vurğulanıb. Bildirilib ki, bu Zəfər dövlət başçısının qətiyyətli rəhbərliyinin, Ordumuzun qəhrəmanlığının, xalqımızın sarsılmaz birlik və həmrəyliyinin təcəssümüdür.
Azərbaycan Karate Federasiyası adından xalqımıza tarixi qələbə sevincini yaşadan Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, Azərbaycan xalqına, qəhrəman əsgər və zabitlərimizə dərin minnətdarlıq ifadə olunub. Vətən uğrunda canlarından keçmiş şəhidlərimizə Allahdan rəhmət dilənib, qazilərimizin göstərdikləri şücaət və fədakarlıq ehtiramla qeyd edilib.
Açılış mərasimində Azərbaycan Karate Federasiyasının İdarə Heyətinin üzvləri, idman ictimaiyyətinin tanınmış nümayəndələri, məşqçilər, idmançılar və digər qonaqlar iştirak ediblər.
Turnirdə müxtəlif yaş və çəki dərəcələri üzrə 300-ə yaxın yeniyetmə və gənc karateçi mübarizə aparıb.
Yarışın əsas məqsədi Zəfər Gününün tarixi əhəmiyyətinin gənc nəslə çatdırılması, onların vətənpərvərlik ruhunda tərbiyə olunması, həmçinin ölkəmizdə karatenin inkişafının və kütləviliyinin təşviq edilməsi olub.
Tədbir çərçivəsində idmanın inkişafında və gənclərin sağlam, vətənpərvər ruhda yetişdirilməsində xidmətləri ilə fərqlənən bir sıra şəxslər təltif olunublar.
Gərgin idman mübarizəsi şəraitində keçən turnirin yekununda qalib və mükafatçılara Zəfər Günü münasibətilə xüsusi hazırlanmış medallar, kuboklar və xatirə hədiyyələri təqdim edilib.
Qeyd edək ki, yarış Bakı Şəhər Gənclər və İdman İdarəsinin və Azərbaycan Karate Federasiyasının rəhbərliyi, "Kyokuşin (kay) SENŞİ karate" üslubunun KWF nümayəndəliyinin təşkilatçılığı ilə keçirilib.
Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin Müəllif Səbuhi Həsənov Sosial şəbəkələrdə paylaşın Kopyalandı --> --> --> --> --> USD - 1.700 EUR - 1.900 TRY - 0.034 GEL - 0.656 RUB - 0.021 UAH - 0.038 Bakı 18° C Son xəbərlər 15:09 Van Yi Yaxın Şərqdəki münaqişə tərəflərini dialoqa çağırıb Digər ölkələr 15:08 Aynur Sofiyeva: Azərbaycanda elmi işçilərin 60 %-dən çoxunu qadınlar təşkil edir Elm və təhsil 15:07 "Liverpul" sol cinah müdafiəçisinin transferini nəzərdən keçirir Futbol 15:02 Kobaxidze: Gürcüstan suveren xarici siyasətini gücləndirməli və milli maraqlarını qorumalıdır Region 15:00 Rüşvət almaqda təqsirləndirilən ETSN-nin vəzifəli şəxsi həbs edilib Hadisə 15:00 Belçika kralı baş nazirin istefa müraciətindən sonra məsləhətləşmələr keçirəcək Digər ölkələr 15:00 Avropa Komissiyasında Orta Dəhlizin rəqabət qabiliyyətinin artırılması müzakirə olunacaq İnfrastruktur 14:51 Azərbaycan OECD-nin İşçi Qrupunun Büro üzvü seçilib Biznes 14:50 SOCAR III rübdə hasil etdiyi qazın həcmini açıqlayıb Energetika Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Müsahibə Analitika Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.