İdman24
Futbol · APA Sport

“Paris” müdafiəçini aldı – 20 milyon avroluq transfer

İtaliyalı müdafiəçi Dieqo Koppola “Paris”in tamhüquqlu futbolçusu olub.

Apasport.az xəbər verir ki, Fransa klubu 22 yaşlı oyunçunun transfer hüquqlarını “Brayton”dan alıb.

İnsayder Fabritsio Romanonun məlumatına görə, “Paris” bu keçid üçün 18 milyon avro ödəyəcək.

Müqavilədə daha 2 milyon avroluq bonus bəndi də yer alıb.

Qeyd edək ki, Koppola ötən mövsümün ikinci yarısında “Paris”də icarə əsasında çıxış edib.

Orijinal mənbə

İdman24 əsas səhifə