İdman24
Digər · APA Sport

Türkiyə millisində iki yeni çağırış – U-21-dən əsas yığmaya

Türkiyə millisinin UEFA Millətlər Liqasında Belçika və İtaliya ilə keçirəcəyi səfər oyunları üçün heyətinə iki futbolçu əlavə olunub. Apasport.az xəbər verir ki, U-21 millisinin heyətində yer alan Emirhan İlkhan və Yusuf Akçiçek əsas yığmaya dəvət ediliblər. Hər iki futbolçu sentyabrın 26-da U-21 Avropa çempionatının seçmə mərhələsində Ukrayna ilə keçirilən qarşılaşmada 90 dəqiqə meydanda olub. Görüş 2:2 hesabı ilə başa çatıb. Bu nəticə ilə Türkiyənin U-21 millisi pley-off mərhələsinə vəsiqəni təmin edib. Qeyd edək ki, əsas milli komanda UEFA Millətlər Liqasında növbəti oyunlarını səfərdə Belçika və İtaliyaya qarşı keçirəcək.

Orijinal mənbə

İdman24 əsas səhifə