Basketbol · APA Sport
“Fənər” çempion oldu - TARİXDƏ 39-CU DƏFƏ

Türkiyədə basketbol üzrə Prezident Kubokunun final mərhələsi keçirilib.
Apasport.az xəbər verir ki, həlledici matçda “Fənərbaxça Tarfin” və “Beşiktaş” komandaları üz-üzə gəlib.
Gərgin keçən matçda “sarı-lacivərdlilər” 72:59 hesabı ilə qalib gəliblər.
Qeyd edək ki, bu qələbə ilə “Fənərbaxça Tarfin” Prezident Kubokunu tarixində 39-cu dəfə muzeyinə aparıb.