17 cüdoçumuz Düşənbə Qran-prisində

\Beynəlxalq Cüdo Federasiyasının təqviminə əsasən, bu il ilk dəfə gənclər arasında Qran-Pri turniri təşkil olunacaq.
Apasport.az xəbər verir ki, Dünya Cüdo Turuna daxil edilən yarış oktyabrın 24-25-də Tacikistanın paytaxtı Düşənbədə keçiriləcək.
Turnirdə Azərbaycanı 17 cüdoçu təmsil edəcək. İdmançılarımızdan 10-u oğlan, 7-si isə qızdır.
Cüdoçularımız yarışda gənc oğlanlardan ibarət milli komandanın məşqçisi Elxan Rəcəbli, yeniyetmə oğlanlardan ibarət yığmanın məşqçisi Nicat Şıxəlizadə, gənc qızlardan ibarət millinin böyük məşqçisi Saşa Herkenrat-Vimar və yeniyetmə qızlardan ibarət milli komandanın baş məşqçisi Elnur İsmayılovun rəhbərliyi altında mübarizə aparacaqlar.
Qran-Pri turnirində ümumilikdə 19 ölkədən 234 cüdoçu qüvvəsini sınayacaq. Onlardan 147-si oğlan, 87-si isə qız idmançılardır.