Cüdoçularımızın Avropa çempionatında ilk rəqibləri bəlli oldu

Monteneqronun paytaxtı Podqoritsada cüdo üzrə gənclər arasında Avropa çempionatının püşkatma mərasimi keçirilib.
Apasport.az xəbər verir ki, püşkatmanın nəticələrinə əsasən, Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşib.
Azərbaycan qitə çempionatında 10 çəki dərəcəsində 14 idmançı ilə təmsil olunacaq. Heyətdə 9 oğlan və 5 qız cüdoçu yer alıb.
Sentyabrın 3-6-da keçiriləcək turnirdə 44 ölkədən 400 idmançı mübarizə aparacaq. İlk yarış günündə təsnifat mərhələsi saat 11:30-da, final bloku isə saat 18:00-da başlayacaq. Qarşılaşmalar “Judo TV” vasitəsilə canlı yayımlanacaq.
48 kq, 1/16 final Nərgiz Əhmədova – Mariana Pereyra (Portuqaliya) Gülgəz Musayeva – Kseniya Vayner (Moldova)
52 kq, 1/16 final Aysun Məmmədova – Marqarita Miroşniçenko (Ukrayna)
57 kq, 1/16 final Aytən Verdiyeva – Marketa Korçakova (Çexiya)
57 kq, 1/8 final Xədicə Qədəşova – Nika Tomç (Sloveniya) / Luka Veq (Macarıstan) cütünün qalibi
60 kq, 1/16 final Ayxan Mirzəzadə – Stratos Çaralampus (Kipr)
66 kq, 1/16 final Məhəmməd Musayev – Robert Yakimov (Estoniya)
73 kq, 1/16 final Əbil Yusubov – Kassim Brosso (Fransa)
81 kq, 1/16 final Cəsur İbadlı – Yaqor Talaka (Belarus) / Sergey Karakin (Ukrayna) cütünün qalibi Mehdi Abbasov – Petar Payoviç (Monteneqro)
90 kq, 1/16 final Aslan Kotsoyev – Anton Dimitrov (Bolqarıstan) Süleyman Şükürov – David Yurkovski (Fransa)
100 kq, 1/16 final Davud Namazlı – Mayus Genis (Litva)
+100 kq, 1/8 final Ramazan Əhmədov – Martin Sedlak (Çexiya) / Luka İvankoviç (Xorvatiya) cütünün qalibi.