İdman24
Futbol · APA Sport

Fransalı yarımmüdafiəçi “Çelsi”nin radarında

“Çelsi” “Roma”nın yarımmüdafiəçisi Manu Koneni transfer etmək üçün yenidən hərəkətə keçəcək.

Apasport.az xəbər verir ki, London klubu qış transfer pəncərəsində 25 yaşlı futbolçu üçün “Roma”ya təklif göndərməyi planlaşdırır.

Bu barədə "The Guardian" nəşri məlumat yayıb.

“Çelsi”nin bu transferdə Ceymi Bayno-Gittensdən də istifadə edə biləcəyi bildirilir. London təmsilçisi yayda Koneni heyətinə qatmağa çalışsa da, keçid baş tutmayıb.

Qeyd edək ki, “Çelsi”nin Koneni transfer etmək üçün yayda təxminən 60 milyon avro təklif etdiyi və Gittensin icarəsini də razılaşmaya daxil etmək istədiyi bildirilmişdi. Lakin “Roma”nın baş məşqçisi Can Pyero Qasperini fransalı yarımmüdafiəçinin komandada qalmasında israr edib.

Orijinal mənbə

İdman24 əsas səhifə