AFFA rəsmisi Edmond Klaus: "Aşağı yaş qruplarındakı islahatlar futbolçuların inkişafına xidmət edir"

İlham Əliyev Azərbaycan-Gürcüstan münasibətləri FIFA U-15 Dünya Çempionatı və Festivalı Zəfərə gedən yol Bakı 17° C USD - 1.700 EUR - 1.902 TRY - 0.034 GEL - 0.655 RUB - 0.021 UAH - 0.038 AZ RU EN İlham Əliyev Azərbaycan-Gürcüstan münasibətləri FIFA U-15 Dünya Çempionatı və Festivalı Zəfərə gedən yol AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Müsahibə Analitika Digər Mədəniyyət Dünya Müsahibə Analitika AFFA rəsmisi Edmond Klaus: "Aşağı yaş qruplarındakı islahatlar futbolçuların inkişafına xidmət edir" Futbol 30 oktyabr, 2026 13:28 Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycanda uşaq liqalarında tətbiq olunan yeni oyun formatları futbolçuların fərdi keyfiyyətlərinin və oyun intensivliyinin artırılmasına yönəlib.
"Report" xəbər verir ki, bunu AFFA-nın Texniki Departamentinin rəhbəri Edmond Klaus jurnalistlərə açıqlamasında deyib.
Niderlandlı mütəxəssis qısa müddətdə keçirilən oyunların gənc futbolçular üçün böyük təcrübə olduğunu bildirib:
"FIFA U-15 dünya çempionatı və festivalında qısa müddətdə 10 matç oynamaq və hər rəqibə qarşı fərqli taktika ilə hazırlaşmaq gənc futbolçular üçün inanılmaz təcrübə oldu. Ölkədaxili çempionatda uşaqlar Haiti və Avstraliya kimi fərqli futbol məktəblərinin nümayəndələrinə qarşı oynamaq imkanı əldə etmirlər. Azərbaycanda 189 ölkənin qatıldığı belə bir turnirin yüksək səviyyədə təşkil olunması böyük hadisədir".
Aşağı yaş qruplarında görülən işlərə toxunan departament rəhbəri seleksiya prosesinin şəffaf təşkil edildiyini vurğulayıb:
"İyunda fəaliyyətə başlayanda aşağı yaş qrupları üzrə yalnız iki milli komanda (U-17 və U-19) var idi. Hazırda isə U-15, U-16, U-17, U-18, U-19 və U-21 yığmalarının yeni məşqçi təyinatları reallaşıb, həmçinin dövlət layihəsi kimi U-20 komandası formalaşdırılıb. Məşqçilərin seçimi AFFA-nın rəsmi saytı vasitəsilə elan olunan vakansiyalar əsasında aparılıb. Seleksiya prosesinə federasiyanın bütün texniki əməkdaşları, Məşqçilər Komitəsi və skautinq şöbəsi cəlb olunub".
E.Klaus Niderlandın turnirdə təmsil olunmamasının səbəbinə aydınlıq gətirib:
"Niderland Kral Futbol Assosiasiyası U-15 və U-16 milli komandalarının fəaliyyətini dayandırıb. Orada klub akademiyalarının səviyyəsi yüksək olduğu üçün rəsmi seçmə mərhələlərin başladığı U-17 yaş qrupundan etibarən milli komanda sisteminə start verilməsi üstün tutulur".
O, uşaq liqalarındakı qayda dəyişikliklərinin səbəblərini açıqlayıb:
"Meydança və qapı ölçülərinin, eləcə də oyunçu sayının dəyişdirilməsi uşaqların topa daha çox toxunmasına, oyun intensivliyinin artmasına xidmət edir. Bu yeniliklər bir il müddətinə tətbiq olunur. Dekabrda Premyer Liqa klublarının akademiya direktorları ilə görüşüb aralıq nəticələri müzakirə edəcəyik. Mövsümün sonunda toplanan datalar müqayisə olunacaq və ehtiyac yarandıqda müvafiq düzəlişlər ediləcək".
AFFA rəsmisi yeni idman infrastrukturunun əhəmiyyətini qeyd edib:
"Qısa müddətdə 10 meydançadan ibarət müasir kompleksin istifadəyə verilməsi ölkə futbolu üçün böyük dəstəkdir. Bu bazadan yalnız milli komandalar deyil, digər yarışlar və uşaq çempionatları üçün də səmərəli istifadə olunacaq".
O, gənc futbolçuların nəticəyə köklənməsinin vacibliyini, lakin inkişafın əsas olduğunu bildirib:
"Artıq dörd aydır buradayam. Tribunalarda valideynləri, azarkeşlərin emosiyalarını gördüm. Biz nəticəyə çox yönəlmişik və bu, pis hal deyil. Qısa müddətdə belə bir infrastrukturu yaratmağımız da bunun göstəricisidir. Lakin uşaqları peşəkar futbolçu kimi yetişdirərkən nəzərə almalıyıq ki, futbol oynamağı öyrənməklə matçda qalib gəlməyi öyrənmək fərqli anlayışlardır. Premyer Liqada və ya əsas milli komandada mütləq qələbə qazanmalısan. Amma aşağı yaş qruplarında inkişaf mərhələsindəyik. Uşaqlar ilk dəfədir bu cür beynəlxalq oyunlara çıxırlar, ölkə rəhbərliyi və FİFA prezidenti Canni İnfantino ilə görüşüblər, böyük diqqət görüblər. Bu səbəbdən nəticəyə çox köklənmək istəmirəm, inkişaf prosesinə baxmaq lazımdır. Keçirilən 10 oyundan nəticə çıxarmaq, səhvlər üzərində işləmək lazımdır".
E.Klaus Azərbaycanda istedadlı uşaqların olduğunu vurğulayıb:
"Azərbaycanda yaxşı və istedadlı futbolçular var. Əlbəttə, bu heyət İspaniya, Argentina və ya Portuqaliya səviyyəsində deyil, amma yaxşı uşaqlar çoxdur. İstedad dünyanın hər yerində doğulur, əsas məsələ onları yetişdirmək və düzgün yönəltməkdir. Ad çəkmək istəmirəm, amma bəzi futbolçularımızın meydandakı qərarları, topa nəzarət etməsi və uyğun məqamı gözləməsi sevindiricidir. Biz onları düzgün mühitdə və rəqabət şəraitində inkişaf etdirməliyik".
Mütəxəssis akademiyalardan əsas komandaya keçid mərhələsinə toxunaraq gənclərə şans verilməsinin vacibliyini qeyd edib:
"Akademiyalardan gənc futbolçuların əsas komandaya inteqrasiyası bir çox ölkələrdə problemdir. Bu, oyunçunun inkişafında vacib mərhələdir. Əlbəttə, futbolçunun müəyyən keyfiyyəti olmalıdır. İnteqrasiya prosesi klubdan da asılıdır. "Qarabağ" və "Zirə" kimi avrokuboklarda oynayan klublarda əsas heyətə düşmək daha çətindir, çünki orada təcrübəli və əcnəbi futbolçular üstünlük təşkil edir. Başqa klublarda imkanlar daha çox ola bilər. Azərbaycanda futbolçuların hərbi xidmətə yollanması da inkişaf prosesində fasilə yaradır. Niderlandda "Ayaks" , PSV kimi klubların əvəzedici heyətləri ikinci liqada mübarizə aparır ki, bu da gənclər üçün çox faydalıdır. Təşkilati məsələlərdə nəyisə məcburi etmək həmişə effektli olmur, gənclərə şans vermək üçün həvəsləndirici amillər yaradılmalıdır. FİFA-nın Qlobal Futbolun İnkişafı Departamentinin rəhbəri Arsen Vengerlə görüşdə də bu barədə danışdıq. Gənc futbolçuları oynatmaq üçün risk etməkdən qorxmaq lazım deyil. Oyunçu 19-20 yaşında tam hazır olmur, inkişaf 21-22 yaşadək davam edir. Onlara əsas komandada oyun vaxtı verilməlidir. Hesabda 3:0 irəlidə olarkən gənc futbolçunu 10-15 dəqiqəlik meydana buraxmaq olar. Ehtiyat skamyada oturan gənc oyunçular o ab-havanı hiss etməlidirlər".
Qeyd edək ki, Azərbaycan millisi FIFA U-15 dünya çempionatı və