İdman24
Futbol · Report İdman

"Sabah"ın baş məşqçisi Adino Mustedanaqiç: "Meydanda daha cəsarətli davranmalıyıq" - MÜSAHİBƏ

İlham Əliyev Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM) Zəfərə gedən yol UEFA Çempionlar Liqası Bakı 23° C USD - 1.700 EUR - 1.907 TRY - 0.034 GEL - 0.655 RUB - 0.020 UAH - 0.038 AZ RU EN İlham Əliyev Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM) Zəfərə gedən yol UEFA Çempionlar Liqası AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Digər Mədəniyyət Dünya Analitika Multimedia "Sabah"ın baş məşqçisi Adino Mustedanaqiç: "Meydanda daha cəsarətli davranmalıyıq" - MÜSAHİBƏ Futbol 15 oktyabr, 2026 11:24 Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin Yeniliklərdən dərhal xəbərdar olun!

"Sabah"ın 19 yaşadək futbolçulardan ibarət komandasının baş məşqçisi Adino Mustedanaqiç "Report" un suallarını cavablandırıb. Xorvatiyalı mütəxəssis Bakıda "Slaviya"nın müvafiq yaş qrupundan ibarət kollektivinə 3 cavabsız qolla uduzduqları UEFA Gənclər Liqasının oyunu haqqında fikirlərini bölüşüb:

- Turnirdəki ikinci matçda da məğlub oldunuz. Qarşılaşma ilə bağlı təəssüratlarınız necədir?

- Təəssüf ki, oyuna çox həyəcanlı başladıq. Bəzi futbolçular üçün bu, turnirdə ilk oyun idi. Topu özümüzdə saxlamaq və ötürmələrlə qol imkanları yaratmaq planımızı həyata keçirə bilmədik. Rəqibi təhlil etmişdik və bəzi zəif tərəflərini də müəyyənləşdirmişdik. Amma ilk hissədə planımıza sadiq qalmadıq və topu çox tez itirdik. Çox sadə səhvlərdən asan qollar buraxdıq.

- İlk oyunda da "Mançester Yunayted"ə 0:5 hesabı ilə uduzmuşdunuz. Böyükhesablı məğlubiyyətlərin əsas səbəbini nədə görürsünüz?

- Məğlubiyyətin əsas səbəbini göstərmək çətindir, çünki futbolda nəticəyə təsir edən çoxlu amillər var. "Mançester Yunayted"lə qarşılaşmada əsasən öz qapımızı qorumağa çalışmışdıq. "Slaviya"ya qarşı isə mümkün qədər irəlidə oynamağı, orta blokda etibarlı müdafiə olunmağı və rəqibə qarşı öz oyunumuzu qurmağı hədəfləyirdik.

- "Slaviya"nın azlıqda qalmasına baxmayaraq, bundan yararlana və qol vura bilmədiniz. Sizcə, bu, nə ilə bağlı idi?

- Uzun müddət bir oyunçu üstünlüyü ilə oynayıb bundan yararlana bilməyəndə, qol vurmadan uduzanda hisslər yaxşı olmur. Amma futbolçularımdan narazılıq edə bilmərəm. İkinci hissədə həqiqətən oyunumuzu qurmağa və nəyisə dəyişməyə çalışdıq. Qırmızı vərəqədən sonra "Slaviya" geri çəkildi və yaxşı müdafiə olundu. Qol vurmağa, imkanlar yaratmağa çalışdıq. Üç yaxşı qol fürsətimiz olsa da, yararlana bilmədik.

- Rəqib 10 nəfərlə də fərqlənə bildi...

- Biz oyun sistemini dəyişərək rəqibin cərimə meydançasında daha çox futbolçu ilə yer almağa çalışdıq. Lakin "Slaviya" belə vəziyyətlərdə təcrübəli komanda olduğunu göstərdi və yaxşı müdafiə olundu. Oyunun son dəqiqələrində enerjimizin azaldığı bir vaxtda isə rəqib səhvlərimizdən birindən yararlanaraq üçüncü qolu vurdu.

- Növbəti oyunlarda daha yaxşı nəticələr qazanmaq üçün hansı məqamlar üzərində işləməlisiniz?

- Daha yaxşı nəticələr əldə etmək üçün hesabı açmağımız və rəqibin qapısı qarşısında daha təhlükəli olmağımız vacibdir. Bunun üçün hücum mərhələsində, yəni top bizdə olarkən daha yaxşı oynamalıyıq. Əsas hədəfimiz budur. Düşünürəm ki, bu baxımdan meydanda daha cəsarətli davranmalıyıq. Növbəti oyunlara hazırlıq zamanı məhz bunun üzərində işləyəcəyik: psixoloji cəhətdən daha cəsarətli olmaq, hücumda topu daha yaxşı saxlamaq və topla daha təhlükəli oynamaq.

- Qarşıdakı oyunlardan gözləntiləriniz nədir?

- Əsas komandamız Çempionlar Liqasında iştirak hüququ qazandıqda U-19 komandamızın da UEFA Gənclər Liqasında mübarizə aparacağı məlum oldu. Biz dərhal məqsəd və gözləntilərimizi müəyyənləşdirdik. Əsas hədəfimiz oyundan-oyuna inkişaf etməkdir. Qarşıdakı görüşlərdən də gözləntimiz budur. "Mançester Yunayted"lə oyunda əsasən müdafiə olunur, demək olar ki, yalnız qapımızı qoruyurduq. "Slaviya" ilə qarşılaşmada isə daha irəlidə oynamağa, topu saxlamağa çalışdıq və qapıya daha çox zərbə endirdik. Bu da komandanın inkişaf etdiyini göstərir.

Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin Müəllif Təbriz Quliyev Sosial şəbəkələrdə paylaşın Скопировано --> --> --> --> --> USD - 1.700 EUR - 1.907 TRY - 0.034 GEL - 0.655 RUB - 0.020 UAH - 0.038 Bakı 23° C Son xəbərlər 12:38 Sabah hava çiskinli olacaq Ekologiya 12:38 Şafkat Mirziyoyev: Azərbaycanın AQEM-ə sədrliyi dövründəki təşəbbüslərinə görə təşəkkür edirik Xarici siyasət 12:38 AMB: Lombardların girov götürdükləri əmlaklar qorunacaq Maliyyə 12:36 Tokayev: "Transxəzər rabitə xəttinin istifadəyə verilməsi mühüm mərhələdir" İKT 12:33 Foto Azərbaycanın mədəni irsi Yaponiya serialında təqdim olunacaq Turizm 12:33 Azərbaycanın futzal millisi tarixdə ilk dəfə Lənkəranda rəsmi oyuna çıxacaq Futbol 12:32 Qazaxıstan AQEM çərçivəsində preventiv diplomatiya mexanizminin yaradılmasını təklif edib Xarici siyasət 12:30 Tokayev: Azərbaycan AQEM-i tamhüquqlu beynəlxalq təşkilata çevirmək vəzifəsini həyata keçirir Xarici siyasət 12:30 Foto Zakir Həsənov qırğız həmkarı ilə əməkdaşlığı müzakirə edib Hərbi Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Orijinal mənbə

İdman24 əsas səhifə