Formula 1 · F-1.az
F.Briatore: Alonso ilin sonuna qədər Aston Martin-də qalacaq

Flavio Briatore, Alpine komandasının rəhbəri və eyni zamanda Fernando Alonsonun meneceri, jurnalistlərin xahişi ilə gələn mövsümdə ispan sürücünün Enstoun komandasında karyerasını davam etdirə biləcəyi barədə şayiələri şərh edib. Briatore cavab olaraq qəti şəkildə heç nəyi istisna etməyib, lakin əlavə edib ki, Alonso Aston Martin-də tamamilə məmnundur.