Hadrutun işğaldan azad olunmasından 6 il ötür

İlham Əliyev Prezident İlham Əliyevin Türkmənistana səfəri Zəfərə gedən yol Cüdo üzrə dünya çempionatı Bakı 19° C USD - 1.700 EUR - 1.905 TRY - 0.035 GEL - 0.655 RUB - 0.020 UAH - 0.038 AZ RU EN İlham Əliyev Prezident İlham Əliyevin Türkmənistana səfəri Zəfərə gedən yol Cüdo üzrə dünya çempionatı AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Digər Mədəniyyət Dünya Analitika Multimedia Hadrutun işğaldan azad olunmasından 6 il ötür Qarabağ 09 oktyabr, 2026 00:00 Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin Yeniliklərdən dərhal xəbərdar olun!
Bu gün Xocavənd rayonunun Hadrut qəsəbəsinin işğaldan azad olunduğu gündür.
"Report" xatırladır ki, 2020-ci il sentyabrın 27-dən başlayaraq Azərbaycan Ordusunun həyata keçirdiyi əks-hücum əməliyyatları nəticəsində Hadrut qəsəbəsi oktyabrın 9-da düşmən tapdağından azad edilib.
Döyüşlər zamanı Azərbaycan Ordusu oktyabrın əvvəllərində cənub cəbhəsində irəliləyərək düşmənin gözləmədiyi istiqamətə - Hadruta yönəlib. Hadrutun azad edilməsi böyük ölçüdə müharibənin taleyini həll edən əməliyyatlardan biri olub. Düşmənin Azərbaycan hərbçilərini Şuşaya başqa istiqamətdən gedəcəyini gözlədiyi halda Azərbaycan Ordusu məhz Hadrutu azad edib, sonradan Şuşaya doğru istiqamət alıb. Ona görə də Şuşanın azad olunmasında Hadrut döyüşlərinin çox böyük rolu olub.
Beləliklə, oktyabrın 7-dən etibarən ağır döyüşlər başlayıb və ayın 9-da Azərbaycan Ordusu qəsəbə yaxınlığında yerləşən strateji əhəmiyyətli kəndləri və yüksəklikləri nəzarət altına alıb. Həmin gün Hadrut qəsəbəsi ilə yanaşı, Tərtərin Çaylı, Füzulinin Yuxarı Güzlək, Gorazıllı, Cəbrayılın Qışlaq, Qaracallı, Əfəndilər, Süleymanlı və Xocavəndin Sor kəndləri də düşmən işğalından azad olunub.
2021-ci ilin martın 16-da Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyev Hadrut qəsəbəsində dövlət bayrağını qaldırıb və çıxış edib.
Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin Müəllif Həmid Əhədov Sosial şəbəkələrdə paylaşın Скопировано Минуло 6 лет со дня освобождения Гадрута от оккупации Hadrut marks six years since liberation from occupation --> --> --> --> --> USD - 1.700 EUR - 1.905 TRY - 0.035 GEL - 0.655 RUB - 0.020 UAH - 0.038 Bakı 19° C Son xəbərlər 00:24 Tramp Maskı ABŞ-nin texnoloji nailiyyətlərinə töhfəsinə görə mükafatlandırıb Digər ölkələr 00:00 Hadrutun işğaldan azad olunmasından 6 il ötür Qarabağ 23:52 ABŞ-nin hərbi hava gəmisi Şimali Karolinada sərt eniş edib, xəsarət alan var Digər ölkələr 23:33 ABŞ İranın "kölgə donanması"na yeni sanksiyalar tətbiq edib Digər ölkələr 23:19 Britaniya ilə Almaniya müdafiə və süni intellekt sahəsində əməkdaşlıq müqaviləsini ratifikasiya edib Digər ölkələr 23:02 Ficidə Azərbaycanın SIDS ilə həmrəyliyi qabardılıb Xarici siyasət 22:59 "Barselona" müdafiəçisi Xavi Espartla müqavilənin müddətini uzadıb Futbol 22:48 Putin: Yaxın Şərqdə mürəkkəb vəziyyət yaranıb Region 22:35 Türkiyəli generala Azərbaycanın hərbi əməkdaşlıq medalı təqdim olunub Region Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.