İdman24
Döyüş İdmanı · APA Sport

Nihad Süleymanlıdan inamlı qələbə – 1/4 finala yüksəldi

Azərbaycanın sərbəst güləşçisi Nihad Süleymanlı Bakıda keçirilən U-17 dünya çempionatında 1/4 finala vəsiqə qazanıb.

Apasport.az xəbər verir ki, 80 kq çəki dərəcəsində mübarizə aparan idmançı 1/8 finalda Qırğızıstan təmsilçisi Ali Zakirjanovu 10:0 hesabı ilə məğlub edərək növbəti mərhələyə yüksəlib.

Qeyd edək ki, dünya çempionatı Milli Gimnastika Arenasında keçirilir.

Yarışda 60-dan çox ölkədən 700-ə yaxın yeniyetmə güləşçi iştirak edir. Azərbaycan mundialda 29 idmançı ilə təmsil olunur.

Orijinal mənbə

İdman24 əsas səhifə