İdman24
Futbol · APA Sport

Bakıda FIFA U-15 dünya çempionatı və festivalının açılışı olacaq - YENİLƏNİR

Bu gün Bakıda FIFA U-15 dünya çempionatı və festivalının açılış mərasimi keçiriləcək.

Apasport.az xəbər verir ki, tədbir Bakı Kristal Zalında baş tutacaq.

Azərbaycan millisi də bu gün ilk oyununa çıxacaq. Yığmamız Timor-Leste ilə qarşılaşacaq. Görüş saat 19:30-da başlayacaq.

Qeyd edək ki, 189 ölkənin iştirakı və 1000-ə yaxın oyunun keçirilməsi nəzərdə tutulan turnir dünyanın müxtəlif bölgələrindən olan gənc futbolçuları bir araya gətirəcək. FIFA U-15 dünya çempionatı və festivalı oktyabrın 30-da başa çatacaq.

Orijinal mənbə

İdman24 əsas səhifə