İdman24
Futbol · Report İdman

"Vətən daşı" sənədli filmi "Youtube"da təqdim edilib

İlham Əliyev UEFA Çempionlar Liqası Azərbaycanla Ermənistan arasında sülh prosesi 2027-ci ilin dövlət büdcəsi Bakı 8° C USD - 1.700 EUR - 1.861 TRY - 0.034 GEL - 0.657 RUB - 0.021 UAH - 0.038 AZ RU EN İlham Əliyev UEFA Çempionlar Liqası Azərbaycanla Ermənistan arasında sülh prosesi 2027-ci ilin dövlət büdcəsi AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat Cəmiyyət Müsahibə İdman Mədəniyyət Dünya Analitika Multimedia LongRead Digər Mədəniyyət Dünya Analitika Multimedia LongRead "Vətən daşı" sənədli filmi "Youtube"da təqdim edilib Qarabağ 25 noyabr, 2026 14:26 Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin Yeniliklərdən dərhal xəbərdar olun!

"Global Media Group" və "Report" İnformasiya Agentliyinin birgə təşkilatçılığı ilə ərsəyə gələn "Vətən daşı" sənədli filmi "Youtube"da təqdim olunub.

Filmin ideya və ssenari müəllifi Namiq Mayılov, quruluşçu rejissoru Niyam Şirinov, quruluşçu operator və montaj rejissoru Səbuhi Sadiq, baş prodüseri Fuad Hüseynəliyevdir.

Filmdə antiterror tədbirləri zamanı şəhidlik zirvəsinə ucalmış Azərbaycanın ilk Komando hərbi hissəsinin qərargah rəisi polkovnik-leytenant Əkrəm Şadmanov və onun ailəsinin həyat hekayəsindən bəhs edilir.

Kəlbəcər rayonunun Ermənistan tərəfindən işğalından sonra məcburi köçkün taleyi ilə üz-üzə qalmış Şadmanovlar ailəsi, məhrumiyyətlərə baxmayaraq, doğma yurdlarına qayıtmaq ümidlərini itirmir. Torpaqlarımızı düşməndən azad etmək amalı ilə ailədə iki peşəkar hərbçi böyüyür.

44 günlük Vətən müharibəsi, həmçinin antiterror tədbirləri zamanı Şadmanov qardaşları qəhrəmancasına döyüşərək, bir sıra rayon və kəndlərimizin azad olunmasında fəal iştirak edir, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə orden və medallarla təltif olunurlar. Lakin 2023-cü il sentyabrın 24-də düşməndən azad edilmiş mövqelərə baş çəkməyə gedərkən qardaşlardan biri - polkovnik-leytenant Əkrəm Şadmanov mina partlayışı nəticəsində şəhid olur.

"Vətən daşı" filmində Əkrəm Şadmanov və ailəsinin həyat hekayəsi üzərindən Azərbaycan xalqının yazdığı qəhrəmanlıq salnaməsi ilə yanaşı, Vətən eşqi və Qələbə sevinci, doğma torpaqları qurub yaratmaq əzmi öz əksini tapıb.

Xatırladaq ki, film Vətən müharibəsi və antiterror tədbirlərinin ildönümü ərəfəsində sentyabrın 23-də tamaşaçılara təqdim edilib. Təqdimat mərasimində şəhidin valideynləri, döyüş yoldaşları, millət vəkilləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, "Global Media Group" 2017-ci ildə təsis edilən aparıcı media şirkətlər qrupudur. Qrupa Azərbaycanda və ölkə xaricində fəaliyyət göstərən televiziya kanalları, informasiya agentlikləri, xəbər portalları, qəzetlər və digər media resursları daxildir.

"Global Media Group" haqqında daha ətraflı məlumatı www.gmg.az veb-saytı və şirkətin sosial media səhifələrindən (Facebook | Instagram | LinkedIn | YouTube) əldə edə bilərsiniz.

"Vətən daşı" sənədli filmi "Youtube"da təqdim edilib

Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin Müəllif Sevil Seymur Sosial şəbəkələrdə paylaşın Kopyalandı Video Документальный фильм Vətən daşı представлен на YouTube Video Documentary film 'Vətən daşı' available on YouTube --> --> --> --> --> USD - 1.700 EUR - 1.861 TRY - 0.034 GEL - 0.657 RUB - 0.021 UAH - 0.038 Bakı 8° C Son xəbərlər 18:50 Xalq artisti Elmira Şabanova vəfat edib Digər 18:38 Bu ilin sonuna qədər dövlət sifarişi əsasında çəkilən 3 film təqdim olunacaq Mədəniyyət siyasəti 18:33 Türkmənistan Orta Dəhlizin inkişafına özəl investisiyalar cəlb etmək niyyətindədir Region 18:15 Özbəkistanda növbəti dəfə Azərbaycan Mədəniyyəti Günləri təşkil olunacaq Mədəniyyət 18:12 Foto "PAŞA Bank" və "Deloitte Private" "Best Managed Companies Azerbaijan 2027" proqramı üzrə növbəti əməkdaşlıq müqaviləsini imzalayıb Maliyyə 18:04 Noyabr ayının bütün sosial ödənişləri yekunlaşdırılıb Maliyyə 18:02 Respublika və beynəlxalq miqyaslı idman tədbirlərində hakimlərin xidmət haqqı normaları müəyyənləşib İdman 18:02 Foto "Bravo" böyük brendləri bir araya gətirdi: Tərəfdaşlar üçün yeni reklam və əməkdaşlıq imkanları təqdim edildi Biznes 18:01 Tadevosyan: Ermənistan "Starlink" xidmətlərindən istifadənin genişləndirilməsində maraqlıdır Region Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat Cəmiyyət Müsahibə İdman Mədəniyyət Dünya Analitika Multimedia LongRead Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Orijinal mənbə

İdman24 əsas səhifə