Rafinya - Yamal cütlüyü "Barselona"da XXI əsrdə ən yüksək göstəriciyə imza atıblar

İlham Əliyev Formula 1 üzrə Azərbaycan Qran-prisi ABŞ-nin İrana zərbələri Azərbaycanla Ermənistan arasında sülh prosesi Bakı 26° C USD - 1.700 EUR - 1.951 TRY - 0.035 GEL - 0.652 RUB - 0.020 UAH - 0.038 AZ RU EN İlham Əliyev Formula 1 üzrə Azərbaycan Qran-prisi ABŞ-nin İrana zərbələri Azərbaycanla Ermənistan arasında sülh prosesi AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Digər Mədəniyyət Dünya Analitika Multimedia Rafinya - Yamal cütlüyü "Barselona"da XXI əsrdə ən yüksək göstəriciyə imza atıblar Futbol 22 sentyabr, 2026 13:07 "Sabah"ın UEFA Çempionlar Liqasının əsas mərhələsindəki rəqibi İspaniyanın "Barselona" klubunun futbolçuları Rafinya və Lamin Yamal cütlüyü məhsuldarlıq baxımından komandanın XXI əsrdə La Liqadakı ilk 7 turunda ən yüksək göstəricisinə imza atıblar.
"Report" Kataloniya təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, braziliyalı və ispaniyalı hücumçular çempionatda geridə qalan 7 matçda ümumilikdə 26 qolda iştirak ediblər.
Rafinya hesabına 12 qol və 3 məhsuldar ötürmə yazdırıb. Lamin Yamal isə 7 dəfə fərqlənib və 4 məhsuldar ötürmə müəllifi olub. La Liqada bu göstəriciyə görə onlara ən yaxın cütlük "Real"ın futbolçuları Kilian Mbappe və Cud Bellinqemdir (10 qol, 4 məhsuldar ötürmə).
Kataloniya klubunun ön xətt oyunçuları hər matçda ortalama 3,71 qolda iştirak etməklə təkcə İspaniyada deyil, qitənin 5 böyük liqasında da birincidirlər. Onlar hər matçda orta hesabla 2 qolda iştirak edən "Real"dan K.Mbappe - C. Bellinqem, "Çelsi"dən (İngiltərə) Joao Pedro - Morqan Rocers, "Mançester Siti"dən (İngiltərə) Erlinq Holann - Rayan Şerki və "Roma"dan (italiya) Doni Malen - Paulo Dibala tandemini böyük fərqlə üstələyiblər.
Qeyd edək ki, daha əvvəl İspaniya təmsilçisində Lionel Messi və Sesk Fabreqas (2011/2012 mövsümü) 23, Messi və Neymar (2014/2015 mövsümü) 21, Messi və Zlatan İbrahimoviç (2009/2010 mövsümü) 20, Messi və Pedro (2013/2014 mövsümü) tandemləri 18 qolda pay sahibi olmuşdular.
Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin Müəllif Səbuhi Həsənov Sosial şəbəkələrdə paylaşın Скопировано USD - 1.700 EUR - 1.951 TRY - 0.035 GEL - 0.652 RUB - 0.020 UAH - 0.038 Bakı 26° C Son xəbərlər 14:13 İlham Əliyev: "Naxçıvanda geoloji kəşfiyyat işlərinə gələn ildən başlanacaq" Energetika 14:12 İlham Əliyev: "Qərb Sənaye Parkı əsas məqsədi məhz dağ-mədən sənayesinin inkişafıdır" Sənaye 14:10 Prezident: "Dağ-mədən sənayesi həm obyektiv, həm subyektiv səbəblərə görə inkişaf etməyib" Sənaye 14:06 Prezident: "Yeni layihələr bundan sonra da Azərbaycanda neft hasilatını lazımi səviyyədə saxlayacaq" Energetika 14:02 İlham Əliyev Azərbaycanda dağ-mədən sənayesinin inkişafını əngəlləyən səbəblərə toxunub Daxili siyasət 14:01 Prezident: Bu gün bizdə ehtiyat generasiya gücləri kifayət qədər böyükdür Daxili siyasət 14:00 Foto İlham Əliyevin sədrliyi ilə dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair müşavirə keçirilib - YENİLƏNİB Daxili siyasət 14:00 Çempionlar Liqası: "Sabah"ın ev oyunları biletlərinin vahid formada satışının səbəbi açıqlanıb Futbol 13:59 Azərbaycan İnvestisiya Holdinqi sığortaçı seçib Maliyyə Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.