İdman24
Futbol · Report İdman

"Global Media Group" və "Report" İnformasiya Agentliyi "Vətən daşı" sənədli filmini təqdim edib

İlham Əliyev Formula 1 üzrə Azərbaycan Qran-prisi ABŞ-nin İrana zərbələri Azərbaycanla Ermənistan arasında sülh prosesi Bakı 25° C USD - 1.700 EUR - 1.943 TRY - 0.035 GEL - 0.652 RUB - 0.020 UAH - 0.038 AZ RU EN İlham Əliyev Formula 1 üzrə Azərbaycan Qran-prisi ABŞ-nin İrana zərbələri Azərbaycanla Ermənistan arasında sülh prosesi AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Digər Mədəniyyət Dünya Analitika Multimedia "Global Media Group" və "Report" İnformasiya Agentliyi "Vətən daşı" sənədli filmini təqdim edib Qarabağ 23 sentyabr, 2026 19:21 "Global Media Group" və "Report" İnformasiya Agentliyi Vətən müharibəsi və antiterror tədbirlərinin növbəti ildönümü ərəfəsində "Vətən daşı" sənədli filmini tamaşaçılara təqdim edib.

Filmdə antiterror tədbirləri zamanı şəhidlik zirvəsinə ucalmış Azərbaycanın ilk Komando hərbi hissəsinin qərargah rəisi polkovnik-leytenant Əkrəm Şadmanov və onun ailəsinin həyat hekayəsindən bəhs edilir.

Kəlbəcər rayonunun Ermənistan tərəfindən işğalından sonra məcburi köçkün taleyi ilə üz-üzə qalmış Şadmanovlar ailəsi, məhrumiyyətlərə baxmayaraq, doğma yurdlarına qayıtmaq ümidlərini itirmir. Torpaqlarımızı düşməndən azad etmək amalı ilə ailədə iki peşəkar hərbçi böyüyür.

44 günlük Vətən müharibəsi, həmçinin antiterror tədbirləri zamanı Şadmanov qardaşları qəhrəmancasına döyüşərək, bir sıra rayon və kəndlərimizin azad olunmasında fəal iştirak edir, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə orden və medallarla təltif olunurlar. Lakin 2023-cü il sentyabrın 24-də düşməndən azad edilmiş mövqelərə baş çəkməyə gedərkən qardaşlardan biri - polkovnik-leytenant Əkrəm Şadmanov mina partlayışı nəticəsində şəhid olur.

"Vətən daşı" filmində Əkrəm Şadmanov və ailəsinin həyat hekayəsi üzərindən Azərbaycan xalqının yazdığı qəhrəmanlıq salnaməsi ilə yanaşı, Vətən eşqi və Qələbə sevinci, doğma torpaqları qurub yaratmaq əzmi öz əksini tapıb.

Filmin ideya və ssenari müəllifi Namiq Mayılov, quruluşçu rejissoru Niyam Şirinov, quruluşçu operator və montaj rejissoru Səbuhi Sadiq, baş prodüseri Fuad Hüseynəliyevdir.

"Nizami" Kino Mərkəzində keçirilən təqdimat mərasimində şəhid ailələrinin üzvləri, qazilər, hərbçilər dövlət rəsmiləri, millət vəkilləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbir zamanı filmin ideyası, yaranma tarixi və cəmiyyətə ötürdüyü mesajlar barədə məlumat verilib.

Qeyd edək ki, "Global Media Group" 2017-ci ildə təsis edilən aparıcı media şirkətlər qrupudur. Qrupa Azərbaycanda və ölkə xaricində fəaliyyət göstərən televiziya kanalları, informasiya agentlikləri, xəbər portalları, qəzetlər və digər media resursları daxildir.

"Global Media Group" haqqında daha ətraflı məlumatı www.gmg.az veb-saytı və şirkətin sosial media səhifələrindən (Facebook | Instagram | LinkedIn | YouTube) əldə edə bilərsiniz.

Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin Foto Məhəmməd Ağayev Vüqar Xanlarov Sosial şəbəkələrdə paylaşın Скопировано Foto Global Media Group и информационное агентство Report представили документальный фильм Vətən daşı Foto Global Media Group and Report present documentary film 'Stone of the Homeland' USD - 1.700 EUR - 1.943 TRY - 0.035 GEL - 0.652 RUB - 0.020 UAH - 0.038 Bakı 25° C Son xəbərlər 21:30 Ərdoğan Nyu-Yorkda Paşinyanla görüşüb Region 21:25 Foto Azərbaycanın usta cüdoçuları dünya çempionatında çıxışlarını başa vurublar Komanda 21:21 "Kaşif Kozinoğlu işi"ndə saxlanılanların sayı artıb Digər 21:21 Foto Azərbaycan millisi Tacikistanla matçda hesabı açıb - YENİLƏNİR Futbol 21:11 Foto Qazaxda açıq ərazidə yanğın baş verib Hadisə 21:08 Lavrov və Rubio ikitərəfli münasibətləri və beynəlxalq gündəliyi müzakirə ediblər Digər ölkələr 20:51 "Neftçi" FIBA Avropa Kubokunda mübarizəyə qələbə ilə start verib Futbol 20:43 Rubio: ABŞ və İranın Nyu-Yorkdakı son görüşü ümidvericidir Digər ölkələr 20:27 Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin toplantısı Nyu-Yorkda işə başlayıb Xarici siyasət Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Orijinal mənbə

İdman24 əsas səhifə