Futbol · APA Sport
“Neftçi” Serbiya klubu ilə qarşılaşacaq

Sloveniyada təlim-məşq toplanışında olan "Neftçi" bu gün ikinci yoxlama oyununa çıxacaq.
Apasport.az xəbər verir ki, Yuri Vernidubun rəhbərlik etdiyi kollektiv "Partizan"la (Serbiya) üz-üzə gələcək.
Qarşılaşma bakı vaxtı ilə saat 20:00-da start götürəcək.
Qeyd edək ki, "Neftçi" Sloveniya toplanışı çərçivəsində ilk hazırlıq matçını ÇFR-ə qarşı keçirib. Görüş Rumıniya təmsilçisinin 2:1 hesablı qələbəsi ilə yeekunlaşıb.