Digər · APA Sport
Palmer İngiltərə millisinin düşərgəsinə qoşulmayacaq

“Çelsi”nin futbolçusu Koul Palmer İngiltərə millisinin qarşıdakı oyunlarında iştirak etməyəcək.
Apasport.az xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçi əzələ zədəsi səbəbindən yığmanın düşərgəsinə qoşulmayacaq.
Bu barədə “Sky Sports” məlumat yayıb.
Daha əvvəl “The Athletic” Palmerin oyun yükünün düzgün bölüşdürülməsi məqsədilə milli komandanın toplanışını buraxacağını bildirmişdi.
İngiltərə sentyabrın 26-dan oktyabrın 6-dək UEFA Millətlər Liqasında 4 oyun keçirəcək. Tomas Tuxelin komandası İspaniya və Xorvatiya ilə bir, Çexiya ilə isə iki dəfə qarşılaşacaq.
Qeyd edək ki, Palmer cari mövsüm “Çelsi”nin heyətində bütün turnirlərdə 7 oyunda 4 qol vurub və 2 məhsuldar ötürmə verib.