Futbol · APA Sport
Messi bu il də MLS Ulduzlar oyununu buraxacaq – Cəza tətbiq olunmayacaq

"İnter Mayami"nin hücumçusu Lionel Messi 2026-cı il MLS Ulduzlar oyununda iştirak etməyəcək.
Apasport.az xəbər verir ki, bu barədə "The Athletic" nəşri məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, MLS rəhbərliyi Argentina millisinin dünya çempionatındakı çıxışından sonra 39 yaşlı futbolçunun istirahətə ehtiyacı olduğunu nəzərə alaraq onu çərşənbə günü keçiriləcək tədbirdən üzrlü hesab edib. Bu səbəbdən Messiyə ötən il olduğu kimi cəza verilməyəcək.
Qeyd edək ki, Messi 2025-ci ildə MLS Ulduzlar oyununda iştirak etmədiyi üçün bir oyunluq diskvalifikasiya almışdı. Bu dəfə isə onun yoxluğu dünya çempionatından sonrakı bərpa prosesi ilə əlaqədar əsaslandırılıb.