İdman24
Futbol · Report İdman

Şaffer: Azərbaycanın Qarabağ müharibəsindəki qələbəsi Ermənistanla sülhə yol açıb

İlham Əliyev Zəfərə gedən yol Bakı 21° C USD - 1.700 EUR - 1.905 TRY - 0.035 GEL - 0.656 RUB - 0.020 UAH - 0.038 AZ RU EN İlham Əliyev Zəfərə gedən yol AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Digər Mədəniyyət Dünya Analitika Multimedia Şaffer: Azərbaycanın Qarabağ müharibəsindəki qələbəsi Ermənistanla sülhə yol açıb Xarici siyasət 12 oktyabr, 2026 21:52 Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin Yeniliklərdən dərhal xəbərdar olun!

Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş əraziləri hərbi yolla azad etməsi iki ölkə arasında sülhə yol açıb, halbuki beynəlxalq vasitəçilərin uzun illər davam edən fəaliyyəti münaqişənin uzanmasına səbəb olurdu.

"Report" xəbər verir ki, bu barədə professor Brenda Şaffer "RealClearWorld" üçün yazdığı "Ermənistan və Azərbaycan münaqişələrin həlli sənayesinə rəğmən sülhə nail olub" başlqılı məqaləsində bildirib.

Onun sözlərinə görə, münaqişələrin nizamlanmasına milyardlarla dollar dövlət vəsaiti xərcləyən BMT və digər təşkilatlar nadir hallarda nəticələrə nail olur O, Ermənistan-Azərbaycan münaqişəsini buna əyani nümunə adlandırıb.

Müəllif xatırladıb ki, altı il əvvəl Ermənistan və Azərbaycan müharibə aparırdı, lakin bu müharibədən sonra Cənubi Qafqazda vəziyyət əhəmiyyətli dərəcədə yaxşılaşıb, iki ölkənin hökumətləri isə regional təhlükəsizliyin və rifahın təmin olunması üzərində birgə çalışır.

"Dünya İrandan yan keçməklə yeni enerji marşrutları axtardığı bir vaxtda İrəvan və Bakı ticarətin qurulması üzərində işləyir", - məqalədə bildirilib.

Müəllif Cənubi Qafqazda yaranmış yeni vəziyyətdən beş əsas nəticə çıxarıb.

Onun fikrincə, birinci nəticə ondan ibarətdir ki, bir çox Avropa və Qərb siyasətçilərinin bu cür hərəkətlərin beynəlxalq münaqişələri həll edə bilməyəcəyi barədə təkrarlanan iddialarına baxmayaraq, hərbi əməliyyatlar diplomatik nəticələri müəyyənləşdirir.

İkinci nəticə odur ki, beynəlxalq və regional institutlar çox vaxt münaqişələrin tənzimlənməsində konstruktiv rol oynamır. Müəllif qeyd edib ki, BMT Təhlükəsizlik Şurası 1993-cü ildə regionda sülhün bərpasına yönəlmiş dörd qətnamə qəbul edib, lakin onlardan heç birinin yerinə yetirilməsi üçün addım atmayıb.

Üçüncü dərs liderliyin vacibliyidir. Onun sözlərinə görə, iki ölkə arasında sülhün əldə olunmasında məhz Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistanın Baş naziri Nikol Paşinyanın liderliyi mühüm əhəmiyyət kəsb edir. Onların yanaşması sayəsində hər iki xalq uzunmüddətli perspektivdə daha böyük təhlükəsizlik və rifah içində yaşayacaq.

Şafferin fikrincə, dördüncü dərs ABŞ-dəki erməni diaspor təşkilatlarının və Ermənistanın özünün mövqelərindəki fərqliliklərdən ibarətdir. Paşinyan hazırda Türkiyə və Azərbaycanla əməkdaşlığa can atır, halbuki bir çox diaspor təşkilatları əvvəlki kimi bu cür əməkdaşlığa və sülhün özünə qarşı çıxır.

"Bu cür fərqliliklər nadir hal deyil: diaspor icmalarında çox vaxt kompromisə qarşı çıxan və müharibənin bədəlini şəxsən ödəməyən barışmaz millətçilər üstünlük təşkil edirlər. Lakin onilliklər ərzində Amerikanın münaqişə ilə bağlı siyasəti erməni əsilli amerikalıların güclü təsiri altında olub. Trampın ikinci administrasiyası isə əksinə, İrəvanla birbaşa əlaqələrə üstünlük verərək onlara məhəl qoymurdu", - müəllif yazıb.

Beşinci dərs ondan ibarətdir ki, bu münaqişə heç vaxt din, mədəniyyət və ya tarixlə bağlı olmayıb, əksinə, ənənəvi geosiyasətin təzahürü olub.

Şaffer hesab edir ki, Ermənistan-Azərbaycan münaqişəsi Donald Trampın sülhə nail olmaq istiqamətində ənənəvi olmayan yanaşmasının üstünlüklərini nümayiş etdirir.

"Tarix, din, mədəniyyət, diaspor təşkilatlarının və beynəlxalq institutların gündəliyində itib-batmaq əvəzinə, o, münaqişə tərəflərinin milli maraqlarına diqqət yetirib. ABŞ kadr diplomatlarının və BMT-nin onilliklər boyu irəli sürdüyü və faydalandığı çoxillik proseslərdən yan keçdi, nəticədə Cənubi Qafqazda əhəmiyyətli dərəcədə vacib oyunçuya çevrildi", - müəllif qeyd edib.

Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin Müəllif Aynur Əsgərli Sosial şəbəkələrdə paylaşın Скопировано Шаффер: Победа Азербайджана в Карабахской войне проложила путь к миру с Арменией Shaffer: Military outcome paved way for Armenia-Azerbaijan peace --> --> --> --> --> USD - 1.700 EUR - 1.905 TRY - 0.035 GEL - 0.656 RUB - 0.020 UAH - 0.038 Bakı 21° C Son xəbərlər 00:08 Monteneqro Aİ-yə üzvlük danışıqları çərçivəsində daha üç fəsli müvəqqəti bağlayıb Digər ölkələr 23:46 Ər-Riyad üzərində husilərin atdığı raket ələ keçirilib Digər ölkələr 23:14 İran XİN Böyük Britaniyanın ittihamlarını pisləyib Region 22:56 Video İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin Azərbaycana səfərinə dair videoçarx paylaşılıb Xarici siyasət 22:52 UKMTO: Hörmüz boğazında tanker atəşə tutulub Digər ölkələr 22:37 İrlandiya millisinin sabiq məşqçisi cinsi zorakılığa görə 15 il yarım həbs edilib Fərdi 22:35 Qəribabadi: İran həm diplomatiya, həm də müdafiəyə hazırdır Region 22:20 İsrailin şimalında baş verən partlayışda yaralananlardan biri ölüb - YENİLƏNİB Digər ölkələr 22:07 İran səfiri Böyük Britaniya XİN-in iddiasını rədd edib Digər ölkələr Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Orijinal mənbə

İdman24 əsas səhifə