İdman24
Futbol · Report İdman

İngiltərə Premyer Liqası "Mançester Siti"ni maliyyə pozuntularında təqsirli bilib

İlham Əliyev Zəfərə gedən yol Bakı 23° C USD - 1.700 EUR - 1.931 TRY - 0.035 GEL - 0.653 RUB - 0.020 UAH - 0.038 AZ RU EN İlham Əliyev Zəfərə gedən yol AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Digər Mədəniyyət Dünya Analitika Multimedia İngiltərə Premyer Liqası "Mançester Siti"ni maliyyə pozuntularında təqsirli bilib Futbol 29 sentyabr, 2026 20:59 Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin Yeniliklərdən dərhal xəbərdar olun!

İngiltərə Premyer Liqasının müstəqil komissiyası "Mançester Siti" klubunu maliyyə qaydalarının pozulması ilə bağlı ittihamların böyük hissəsi üzrə təqsirli bilib.

"Report" xəbər verir ki, bu barədə Premyer Liqanın rəsmi açıqlamasında bildirilib.

Araşdırmaya əsasən, "Mançester Siti" 2009-2018-ci illər ərzində bəzi kommersiya tərəfdaşları ilə real maliyyə vəziyyətini əks etdirməyən müqavilələr bağlayıb.

Komissiyanın qənaətinə görə, klub bu müqavilələr vasitəsilə gəlirlərini olduğundan çox, xərclərini isə daha az göstərməyə çalışıb.

Nəticədə klubun maliyyə hesabatlarında real vəziyyətin düzgün əks olunmadığı və bu məlumatların auditorlardan, eləcə də futbol qurumlarından gizlədildiyi müəyyənləşdirilib.

Komissiya hesab edir ki, bu yollarla klubun gəlirləri süni şəkildə artırılıb, xərcləri isə 900 milyon funt sterlinqdən çox azaldılıb. Bununla da "Mançester Siti"nin maliyyə qaydalarına uyğun fəaliyyət göstərdiyi görüntüsü yaradılıb.

Araşdırma zamanı klubun həm Premyer Liqanın, həm də UEFA-nın maliyyə tələblərini ciddi şəkildə pozduğu da müəyyən edilib.

Bundan başqa, komissiya "Mançester Siti"nin Premyer Liqanın apardığı araşdırma ilə bağlı tələb olunan məlumatları tam təqdim etmədiyini və istintaqın gedişinə mane olmağa çalışdığını bildirib.

Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin Müəllif Hidayət Qurbanov Sosial şəbəkələrdə paylaşın Скопировано АПЛ признала "Манчестер Сити" виновным в нарушении финансовых правил USD - 1.700 EUR - 1.931 TRY - 0.035 GEL - 0.653 RUB - 0.020 UAH - 0.038 Bakı 23° C Son xəbərlər 21:29 Şahin Mustafayev: Azərbaycan ərazisi İrana qarşı istifadə olunmayıb – YENİLƏNİB Region 21:20 Foto Romada Leyla Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub Xarici siyasət 21:19 Foto Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüb Xarici siyasət 21:14 Mərakeşdə ilk dəfə ölkənin baş naziri qadın olub Digər ölkələr 21:01 Fransada etiraz aksiyalarında 200 mindən çox insan iştirak edib - YENİLƏNİB-3 Digər ölkələr 20:59 İngiltərə Premyer Liqası "Mançester Siti"ni maliyyə pozuntularında təqsirli bilib Futbol 20:54 Tokayev və Ştaynmayer Berlində birgə bəyannamə imzalayıblar Region 20:45 İranda silahlı şəxslərlə polis arasında atışma baş verib Region 20:39 Kürdəmirdə ildırım vuran kişi ölüb Hadisə Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Orijinal mənbə

İdman24 əsas səhifə