İdman24
Digər · APA Sport

Ahmet Kutucu “Rizespor”da

“Qalatasaray”ın futbolçusu Ahmet Kutucu karyerasını icarə əsasında “Rizespor”da davam etdirəcək.

Apasport.az xəbər verir ki, Superliqa təmsilçiləri 26 yaşlı hücumçunun mövsümün sonuna qədər icarəsi ilə bağlı razılığa gəliblər.

Almaniyada anadan olan türkiyəli futbolçunun daha çox oyun praktikası qazanması üçün bu keçidə razılıq verildiyi bildirilir. Kutucu yaxın vaxtlarda yeni komandasına qoşulacaq.

Qeyd edək ki, Ahmet Kutucu 2025-ci ilin yanvarında “Eyüpspor”dan “Qalatasaray”a transfer olunub. O, İstanbul klubunun heyətində ümumilikdə 36 rəsmi oyunda 4 qol vurub və 2 məhsuldar ötürmə edib.

Orijinal mənbə

İdman24 əsas səhifə