İdman24
Futbol · APA Sport

Messinin “10” nömrəli formasının varisi bəlli oldu – Skaloni seçimini edib

Argentina millisində Lionel Messinin boş qoyduğu “10” nömrəli formanın yeni sahibinin kim olacağı müəyyənləşib.

Apasport.az xəbər verir ki, bu barədə ESPN Argentina məlumat yayıb.

Məlumata görə, baş məşqçi Lionel Skaloni Argentina Futbol Assosiasiyası ilə müqaviləsini uzadacağı təqdirdə, əfsanəvi “10” nömrəni Niko Paza həvalə etmək niyyətindədir. 21 yaşlı yarımmüdafiəçi yeni mərhələdə millinin əsas simalarından biri kimi nəzərdə tutulur. Skaloni isə DÇ-2026-nın finalında İspaniyaya məğlubiyyətdən sonra gələcəyi ilə bağlı yekun qərarını hələ açıqlamayıb.

Messinin Argentina millisindən ayrılması ilə təxminən 20 il ərzində onunla assosiasiya olunan “10” nömrəli forma boş qalıb. Niko Pazla yanaşı, Tiaqo Almada və Franko Mastantuono kimi futbolçuların da bu nömrəyə namizəd olduğu bildirilirdi.

Qeyd edək ki, “Real Madrid” yetirməsi olan Niko Paz hazırda İtaliyanın “Komo” klubunda çıxış edir. O, DÇ-2026-da Argentina millisinin heyətində yer alıb.

Orijinal mənbə

İdman24 əsas səhifə