UEFA Çempionlar Liqası: "Sabah" ev oyunları üçün fərdi biletlərin satışına başlayacaq

İlham Əliyev Zəfərə gedən yol Bakı 24° C USD - 1.700 EUR - 1.931 TRY - 0.035 GEL - 0.653 RUB - 0.020 UAH - 0.038 AZ RU EN İlham Əliyev Zəfərə gedən yol AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Digər Mədəniyyət Dünya Analitika Multimedia UEFA Çempionlar Liqası: "Sabah" ev oyunları üçün fərdi biletlərin satışına başlayacaq Futbol 29 sentyabr, 2026 16:00 Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin Yeniliklərdən dərhal xəbərdar olun!
"Sabah" klubu UEFA Çempionlar Liqasının Liqa mərhələsində keçirəcəyi ev oyunları üçün fərdi biletlərin satışına başlayacaq.
Bu barədə "Report" Bakı komandasının mətbuat xidmətindən məlumat verilib.
Əvvəlcə dörd ev oyununu əhatə edən paket biletlərin satışı yekunlaşdırılacaq. Paket biletlərin satışı oktyabrın 1-də, saat 12:00-da başa çatacaq.
Bundan sonra klub hər bir qarşılaşma üçün fərdi biletlərin satışına keçəcək. Fərdi biletlərin satışının başlanma tarixi və digər detallarla bağlı məlumatların ayrıca açıqlanacağı bildirilib.
Qeyd edək ki, paket biletlər azarkeşlərə "Sabah"ın "Slaviya" (Çexiya), "Borussiya" (Dortmund, Almaniya), "Barselona" (İspaniya) və "Napoli" (İtaliya) ilə keçirəcəyi dörd ev oyununu stadiondan izləmək, həmçinin bütün qarşılaşmalarda eyni yerdə əyləşmək imkanı verir.
Klub paket biletlərə göstərilən marağın gözləntiləri üstələdiyini və dörd ev oyununun hər birinə azarkeş marağının yüksək olduğunu bildirib.
Beləliklə, bütün dörd ev oyununu eyni yerdən izləmək istəyən azarkeşlər paket biletləri oktyabrın 1-i, saat 12:00-dək əldə edə bilərlər. Bu müddətdən sonra 4 qarşılaşmanı əhatə edən paketlərin satışı dayandırılacaq.
Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin Müəllif Hidayət Qurbanov Sosial şəbəkələrdə paylaşın Скопировано "Сабах" начнет продавать отдельные билеты на домашние матчи ЛЧ УЕФА USD - 1.700 EUR - 1.931 TRY - 0.035 GEL - 0.653 RUB - 0.020 UAH - 0.038 Bakı 24° C Son xəbərlər 17:43 Azərbaycan Mərkəzi Bankı nəqliyyat vasitələrini sığortalatdırır Maliyyə 17:41 Orxan Nəzərli: "Vergi borcunun idarə edilməsinə daha çevik yanaşma olacaq" Biznes 17:22 Foto Rusiya Ali Məhkəməsinin sədrinə "Azərbaycan Prokurorluğunun 100 illiyi" yubiley medalı təqdim edilib Xarici siyasət 17:14 "Barselona"nın futbolçusu Rafinya Braziliya millisinin heyətində zədələnib Futbol 17:13 "Azəralüminium" ixrac gəlirlərini 58 %-ə yaxın artırıb Sənaye 17:10 "Azərkosmos" "Platerra" süni intellekt əsaslı platformasını istifadəyə verib İKT 17:02 Foto Məcburi köçkünlər üzrə elektron baza yenilənəcək Daxili siyasət 16:52 Azərbaycanın səfiri etimadnaməsini İtaliya Prezidentinə təqdim edib Xarici siyasət 16:51 Rusiyada hərbi təyyarə qəzaya uğrayıb, altı nəfər ölüb Region Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.