Digər · APA Sport
Mahir Emrelinin klubunda baş məşqçi istefası

Mahir Emrelinin çıxış etdiyi “Rakuv” baş məşqçi Tomaş Kaçmareklə yollarını ayırıb.
Apasport.az xəbər verir ki, Polşa klubu 42 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verildiyini açıqlayıb.
Kaçmarek uğursuz nəticələrə görə vəzifəsindən ayrılıb. O, bu ilin sentyabrında “Rakuv”un baş məşqçisi təyin olunmuş və həmin postda David Kroçeki əvəz etmişdi.
Qeyd edək ki, Çestoxova təmsilçisi Polşa çempionatında 11 turdan sonra cəmi 6 xal toplayıb. Komanda turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.