İdman24
Futbol · APA Sport

Premyer Liqada çıxış edəcək

“Nyukasl" Fransanın “Monako” klubunun futbolçusu Alaci Bambanı transfer edib.

Apasport.az xəbər verir ki, 20 yaşlı fransalı dayaq yarımmüdafiəçisi ilə 2031-ci ilin yayına qədər müqavilə imzalanıb.

O, yeni komandasında 8 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, Bamba “Monako”nun əsas komandasında 2025-ci ilin avqustunda debüt edib. Futbolçu həmin vaxtdan etibarən bütün turnirlərdə 25 oyuna çıxıb və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Orijinal mənbə

İdman24 əsas səhifə