İdman24
Futbol · APA Sport

“Kəpəz”in kapitanının zədəsi ciddidir - 6 həftə oynamayacaq

“Kəpəz” PFK-nin kapitanı Dioqo Verdaska uzun müddət yaşıl meydançalardan kənarda qalacaq. Buna səbəb portuqaliyalı müdafiəçinin dünən məşq zamanı zədələnməsidir. Tibbi müayinədən keçən 29 yaşlı futbolçunun sağ bud əzələsində 14 sm uzunluğunda yırtıq aşkarlanıb. “Kəpəz”in tibbi heyətinin protokoluna əsasən, Verdaskanın müalicəsi 6 həftə sürəcək.

Orijinal mənbə

İdman24 əsas səhifə