DÇ-2026: Argentina növbəti mərhələdə - YENİLƏNİB

2026-cı il dünya çempionatında 1/16 final mərhələsinin oyunları davam edir.
Apasport.az xəbər verir ki, pley-offun növbəti qarşılaşmasında mundialın son qalibi Argentina turnirin debütantı Kabo-Verde millisi ilə üz-üzə gəlib.
Görüş Bakı vaxtı ilə saat 02:00-da start götürüb.
Matçda hesab 29-cu dəqiqədə açılıb. Argentinanın ulduzu Messi komandasını önə keçirib: 1:0. İlk hissədə başqa qol vurulmayıb.
İkinci hissədə Kabo-Verde hesabı bərabərləşdirməyi bacarıb. 59-cu dəqiqədə Deroy Duarte fərqlənib.
90 dəqiqə ərzində bərabərlik pozulmayıb və görüş əlavə vaxta gedib.
Artırılan ilk hissədə Argentina hesabda önə keçib. 92-ci dəqiqədə Lisandro Martinez topu Vozinyanın qoruduğu qapıdan keçirib.
103-cü dəqiqədə Kabo-Verde yenidən hesabı bərabərləşdirib. "Trabzonspor"lu Lopes Kabral mükəmməl qolla hesabı 2:2 edib. 111-ci dəqiqədə cənubi amerikalılar 3-cü qolu vurub. Messinin ötürməsindən sonra Romero hesabı 3:2 edib.
Matç bu hesabla başa çatıb və Argentina adını növbəti mərhələyə yazdırıb.
Qeyd edək ki, Argentina 1/8 finalda Misir millisi ilə qarşılaşacaq.
DÇ-2026 1/16 final 4 iyul 02:00. Argentina – Kabo-Verde 3:2
Qol: L. Messi, 29, D. Duarte, 59, L. Martinez, 92, Kabral, 103, Romero, 111
Argentina: Martines, Molina, Romero, Lisandro Martines, Medina, De Paul, Mak Allister, Enzo Fernandes, Almada, Messi, Lautaro Martines
Kabo-Verde: Vozinya, Lopes Kabral, Borjes, Lopes, Moreyra, Lenini, Kabral, Duarte, Duarte, Mendeş, Da Koşta