İdman24
Digər · APA Sport

Karlos Sayns “Uilyams”la müqaviləsini yeniləyib

“Uilyams” ispaniyalı pilotu Karlos Saynsla yeni müqavilə imzalayıb.

Apasport.az xəbər verir ki, bu barədə komandanın mətbuat xidməti məlumat yayıb.

Tərəflər arasında yeni anlaşmanın müddəti açıqlanmayıb.

Qeyd edək ki, “Uilyams” daha əvvəl Saynsın komanda yoldaşı Aleks Albonla da müqavilə imzalayıb.

Orijinal mənbə

İdman24 əsas səhifə