20 Sentyabr dövlət suverenliyinin və konstitusiya quruluşunun tam bərpasını təcəssüm etdirir - RƏY

İlham Əliyev Milli Musiqi Günü Azərbaycanla Ermənistan arasında sülh prosesi ABŞ-nin İrana zərbələri Bakı 24° C USD - 1.700 EUR - 1.953 TRY - 0.035 GEL - 0.652 RUB - 0.020 UAH - 0.038 AZ RU EN İlham Əliyev Milli Musiqi Günü Azərbaycanla Ermənistan arasında sülh prosesi ABŞ-nin İrana zərbələri AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Digər Mədəniyyət Dünya Analitika Multimedia 20 Sentyabr dövlət suverenliyinin və konstitusiya quruluşunun tam bərpasını təcəssüm etdirir - RƏY Qarabağ 19 sentyabr, 2026 12:21 Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixində mühüm əhəmiyyət daşıyan və Prezident İlham Əliyevin 19 sentyabr 2024-cü il tarixli Sərəncamı ilə qeyd edilən "20 Sentyabr" tarixi respublikada dövlət suverenliyinin və konstitusiya quruluşunun tam bərpa olunmasını təcəssüm etdirən mühüm tarixi hadisədir.
Bu fikirləri "Report" a açıqlamasında Milli Məclisin deputatı Pərvanə Vəliyeva deyib.
O qeyd edib ki, müstəqilliyin bərpasından sonra qarşıya çıxan ən mühüm vəzifələrdən biri ölkənin ərazi bütövlüyünün və suverenliyinin təmin edilməsi olub:
"Uzun illər davam edən işğal nəticəsində Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərində dövlət hakimiyyətinin və Konstitusiyanın hüquqi qüvvəsinin tam tətbiqi mümkün olmayıb. Bu vəziyyət həm ölkənin dövlətçilik maraqları, həm də milyonlarla insanın fundamental hüquqları baxımından ciddi nəticələr doğurub. Azərbaycan dövlətinin rəsmi sənədlərində ərazi bütövlüyünün və suverenliyin bərpası dövlət siyasətinin əsas prioritetlərindən biri kimi təqdim edilib".
O qeyd edib ki, dövlətin ərazi bütövlüyünün bərpası istiqamətində mühüm mərhələ 2020-ci il sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsi olub:
"Müharibənin nəticəsində Azərbaycanın bir sıra şəhər, rayon və kəndləri işğaldan azad edilmiş, ölkənin ərazi bütövlüyünün bərpası istiqamətində mühüm nəticələr əldə olunub. Belə ki, 2020-ci il hadisələri Azərbaycanın ərazi bütövlüyünün bərpası prosesinin əsas mərhələlərindən biri idi. 2020-ci il hadisələrindən sonra Azərbaycanın qarşısında duran əsas məsələlərdən biri Qarabağ bölgəsində dövlət suverenliyinin və konstitusiya quruluşunun tam bərpası idi".
Deputatın sözlərinə görə, 2023-cü il 19 sentyabr Azərbaycan tarixində mühüm dönüş nöqtələrindən biri kimi yadda qaldı:
"Həmin gün Azərbaycanın Qarabağ iqtisadi rayonunda genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin qalıqlarının tərksilah edilərək Azərbaycan ərazilərindən çıxarılması və Konstitusiya quruluşunun bərpası məqsədilə lokal xarakterli antiterror əməliyyatına başlanıldı. Əməliyyat cəmi 23 saat 43 dəqiqə davam etdi və sentyabrın 20-də başa çatdı. Nəticədə Azərbaycan Ordusu qarşısına qoyulan vəzifələri yüksək peşəkarlıqla yerinə yetirdi və ölkəmizin dövlət suverenliyi tam bərpa olundu".
Pərvanə Vəliyeva Deputat vurğulayıb ki, əməliyyatın qısa müddətdə başa çatması Azərbaycan Ordusunun peşəkarlığını, hazırlığını və yüksək döyüş qabiliyyətini nümayiş etdirdi:
"Ağır relyef və əvvəlcədən hazırlanmış mühəndis istehkamlarına baxmayaraq, Azərbaycan Ordusu bütün istiqamətlərdə mühüm hərbi nəticələr əldə etdi. Əməliyyat nəticəsində 406 kvadratkilometr ərazi Azərbaycan Ordusunun nəzarətinə keçdi".
Pərvanə Vəliyevanın fikrincə, əməliyyatın digər mühüm xüsusiyyəti isə mülki əhalinin qorunmasına xüsusi diqqət yetirilməsi idi:
"Azərbaycan hərbi birləşmələrinə Qarabağda yaşayan erməni əhalisinin zərər görməməsi ilə bağlı tapşırıqlar verilmiş, mülki şəxslər müxtəlif vasitələrlə xəbərdar edilmişdi. Qadınlar, uşaqlar, yaşlılar, fiziki məhdudiyyətli şəxslər və xəstələrə tibbi və digər yardımlar göstərilməsi üçün müvafiq tədbirlər görülmüşdü".
O xatırladıb ki, uğurlu keçən əməliyyatlar nəticəsində Xocalı qatilləri və illərdir torpaqlarımızı əsarət altında saxlayan canilər də hüquq önündə cavab verməyə məcbur qaldılar.
"Qondarma rejimin üzvləri ilə bağlı cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. Ötən illər ərzində toplanmış təkzibolunmaz sübutlar və faktlar əsasında Ermənistan silahlı qüvvələri, həmçinin qanunsuz silahlı birləşmələr tərəfindən Azərbaycan xalqına qarşı cinayətlər törətmiş terrorçu dəstənin üzvləri layiqli cəzalarını alıblar. Beynəlxalq hüquqa və BMT Nizamnaməsinə uyğun olaraq ərazi bütövlüyünü və suverenliyini bərpa etmiş Azərbaycan qondarma rejim yaradaraq sülh və insanlığa qarşı cinayətlər, müharibə cinayətləri və terrorçuluq da daxil olmaqla, ağır cinayətlərdə təqsirli bilinənləri məsuliyyətə cəlb etmək üçün tam qanuni hüquqa malikdir".
Milli Məclis üzvü vurğulayıb ki, bu hadisədən sonra Azərbaycanın bütün ərazisində dövlət suverenliyinin təmin edilməsi və Konstitusiyanın hüquqi qüvvəsinin bərqərar olması dövlətin rəsmi mövqeyində xüsusi tarixi əhəmiyyət daşıyan nəticə kimi qiymətləndirilib:
"Bundan sonra Prezident İlham Əliyevin 19 sentyabr 2024-cü il tarixli Sərəncamı ilə Dövlət Suverenliyi Günü təsis edilib və həmin vaxtdan hər il sentyabrın 20-si Azərbaycanda Dövlət Suverenliyi Günü kimi qeyd edilir. Bununla da, 20 Sentyabr Azərbaycanın müasir tarixində dövlətçilik, ərazi bütövlüyü və suverenlik anlayışlarının vəhdətini ifadə edən rəsmi tarixlərdən birinə çevrilib.
Dövlət Suverenliyi Gününün təsis edilməsi Azərbaycanın müasir dövlətçilik tarixində mühüm hadisələrin yaddaşda qorunmasına xidmət edir. Bu gün xalqın dövlət müstəqilliyi, ərazi bütövlüyü və suverenlik kimi fundamental dəyərlərə münasibətini ifadə edən əlamətdar tarixdir. Suverenliyin bərpası Azərbaycan cəmiyyətində dövlətçilik şüurunun, milli həmrəyliyin və tarixi yaddaşın əhəmiyyətini də ön plana çıxarıb. Dövlətin ərazi bütövlüyünün təmin edilməsi ilə yanaşı, işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq proseslərinin həyata keçirilməsi də yeni mərhələnin əsas istiqamətlərindən birinə çevrilib".
P. Vəliyeva onu da əlavə edib ki, Azərbaycanda Dövlət suverenliyinin və konstitusiya dəyərlərinin əhəmiyyəti 2025-ci ildə ayrıca diqqət mərkəzinə çəkilib:
"Dövlət başçısının 28 dekabr