Futbol · APA Sport
La Liqa: “Real” 3 xalı 3 qolla qazandı

İspaniya La Liqasında XI turun oyunları davam edir.
Apasport.az xəbər verir ki, günün ilk matçında “Xetafe” öz meydanında “Sevilya”nı sınağa çəkib.
Görüş ev sahiblərinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Günün digər matçında “Real Madrid” səfərdə “Rasinq”lə üz-üzə gəlib. "Kral klubu" rəqibini 3 cavabsız qolla məğlub edib -3:0.
“Valensiya” isə “Elçe”yə 1:0 hesabı ilə qalib gəlib.