Formula 1 · APA Sport
"Formula 1": Bakı Şəhər Halqasında yüzlərlə insan yürüş edib

"Formula 1" üzrə Azərbaycan Qran-Prisi çərçivəsində Bakı Şəhər Halqasında fərqli idman tədbiri – "BCC F1 Weekend Run" qaçışı keçirilib.
Apasport.az xəbər verir ki, təxminən 250 iştirakçı "Formula 1" trekinin 6 kilometrlik tam dövrəsini qət edib.
Tədbirə gənclər və idman naziri Fərid Qayıbov da qatılıb.
Qaçış saat 22:00-da başlayıb. İştirakçılar "Formula 1" bolidlərinin hərəkət etdiyi istiqamətdə trekin tam dövrəsini qət ediblər.
Qeyd edək ki, bu gün start götürən yarış sentyabrın 26-da başa çatacaq.