İdman24
Futbol · APA Sport

Manuel Noyer Çempionlar Liqasının tarixində ilk üçlüyə yüksəldi

“Bavariya”nın qapıçısı Manuel Noyer UEFA Çempionlar Liqasında ən çox oyun keçirən futbolçuların siyahısında ilk üçlüyə daxil olub.

Apasport.az xəbər verir ki, 40 yaşlı qolkiper turnirin liqa mərhələsinin III turunda “Arsenal”la keçirilən qarşılaşmada start heyətində yer alıb.

Bu, almaniyalı qapıçının Çempionlar Liqasında 163-cü oyunu olub. Noyer bu göstəricidə Lionel Messi və Tomas Müllerə çataraq üçüncü pilləni bölüşüb.

Turnirin tarixində yalnız Kriştiano Ronaldo (183 oyun) və İker Kasilyas (177 oyun) daha çox matç keçiriblər.

Noyer həmçinin Çempionlar Liqasında ən çox meydana çıxan almaniyalı futbolçu kimi Tomas Müllerin rekordunu təkrarlayıb.

Orijinal mənbə

İdman24 əsas səhifə