Azər Bağırov: "Premyer Liqada uğurlu çıxış etmək "Şamaxı"nın taleyinə yazılıb"

İlham Əliyev Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM) Zəfərə gedən yol Bakı 24° C USD - 1.700 EUR - 1.909 TRY - 0.034 GEL - 0.655 RUB - 0.020 UAH - 0.038 AZ RU EN İlham Əliyev Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM) Zəfərə gedən yol AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Digər Mədəniyyət Dünya Analitika Multimedia Azər Bağırov: "Premyer Liqada uğurlu çıxış etmək "Şamaxı"nın taleyinə yazılıb" Futbol 16 oktyabr, 2026 18:44 Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin Yeniliklərdən dərhal xəbərdar olun!
Misli Premyer Liqasında uğurlu çıxış etmək "Şamaxı"nın taleyinə yazılıb.
"Report" xəbər verir ki, bunu adıçəkilən komandanın baş məşqçisi Azər Bağırov Premyer Liqanın VIII turunda "Şəfa"ya qarşı keçirilən oyundan sonra mətbuat konfransında deyib.
Mütəxəssis qələbə qazandıqları qarşılaşmanı şərh edib:
"Qazandığımız uğur münasibətilə bütün azarkeşlərimizi təbrik edir, "Şəfa" komandasına gələcək oyunlarında müvəffəqiyyət arzulayıram. Bəzən baş verən hadisələrin özündə bir hikmət olur. Görünür, bu uğurlu seriyanı davam etdirmək də bizim taleyimizə yazılıb. Futbolçularımız hər matçda qələbə üçün maksimum güclərini ortaya qoyurlar. Mən də daim onlara inanıram və bildirirəm ki, Allah çəkilən zəhməti, göstərilən əzmi mütləq qiymətləndirəcək. Bu gün əsas üstünlüyümüz bir-birinə güvənən, həmrəy və sona qədər mübarizə aparan komanda olmağımızdır".
O, qələbəni vəfat edən "Şamaxı"nın U-13 komandasının üzvü Seyidəli Babazadəyə həsr etdiklərini bildirib:
"Qarşılaşma kifayət qədər maraqlı və gərgin mübarizə şəraitində keçdi. Bu qələbəni Qaxdan dönərkən baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində həyatını itirən gənc futbolçumuz Seyidəli Babazadənin əziz xatirəsinə həsr edirəm. O, akademiyamızın yetirməsi idi. Allah rəhmət eləsin, yaxınlarına səbir diləyirəm".
Qeyd edək ki, "Şamaxı" - "Şəfa" görüşü Şamaxı təmsilçisinin 3:2 hesablı qələbəsi ilə bitib.
Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin Müəllif Hidayət Qurbanov Sosial şəbəkələrdə paylaşın Скопировано --> --> --> --> --> USD - 1.700 EUR - 1.909 TRY - 0.034 GEL - 0.655 RUB - 0.020 UAH - 0.038 Bakı 24° C Son xəbərlər 21:09 Meksika sahillərində "Trudi" qasırğası saatda 195 kilometrə çatıb Digər ölkələr 20:55 Premyer Liqanın VIII turunda "Sumqayıt" "Araz-Naxçıvan"ı məğlub edib Futbol 20:37 Keniyada Ebola virusuna yeni yoluxma halı qeydə alınıb Digər ölkələr 20:20 Zelenski 2027-ci ildə Ukraynanın müdafiəsi üçün Aİ-dən əlavə 70 milyard avro istəyib Digər ölkələr 20:06 Novak Cokoviç Bazeldəki ATP turnirində xüsusi dəvətlə iştirak edəcək Fərdi 20:02 Video Prezidentin sosial media hesablarında Vətən müharibəsi ilə bağlı videoçarx paylaşılıb Daxili siyasət 19:57 İsveç qışda Ukrayna əhalisinə dəstək məqsədilə 52,3 milyon dollar ayıracaq Digər ölkələr 19:49 Beynəlxalq koalisiya Ermənistanın COP17-yə ev sahibliyi etməsini ikili standart kimi qiymətləndirib Xarici siyasət 19:34 Beynəlxalq axtarışa verilən Celal Çiftçi Azərbaycan dövləti və xalqından üzr istəyib Xarici siyasət Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.