Formula 1 · F-1.az
Frederik Vassyör: Heç olmasa, cəhd etdik…

Dünənki İspaniya Qran Prisidə Ferrari komandasının seçdiyi taktika İtaliya təmsilçisinə arzuladığı nəticəni qazandırmayıb. Scuderia-nın strateqləri məsafənin ilk hissəsini mümkün qədər uzatmağı seçib, təhlükəsizlik avtomobilinin yarışa müdaxilə edərək neytrallaşdırma yaradacağı ümidi ilə Şarl Lekleri trasda saxlayıb, amma bu ümidlər özünü doğrultmayıb.